Əlaqə Arxiv
news Image
2015.10.29
13:09
| A A A
Tanınmış qadın jurnalistlər Azay Quliyevin seçki qərargahında

Bir qrup tanınmış qadın jurnalist millət vəkili, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçki qərargahında olublar. Jurnalistlər seçki gününə yaxın qərargahdakı aktiv iş prosesini izləyiblər.Seçki Qərargahının mətbuat xidmətindən movqe.az-a verilən məlumata görə, daha sonra Azay Quliyevlə görüşdə iştirak edən jurnalistlər adından danışan Sevil Yusifova, deputatlığa namizədin seçki kampaniyasını yaxından izlədiklərini bildirib: "Deyə bilərəm ki, mükəmməl bir kampaniya apardınız. İstifadə etdiyiniz ənənəvi seçki texnologiyaları və yeniliklər bir-birini tamamlayır. Bu baxımdan, Azay Quliyevin özünün bir millət vəkili kimi ictmai nüfuzu, həmçinin, aparılmış effektiv təbliğat kampaniyası onun seçkidə şəksiz qələbəsini təmin edəcək. Bu görüşdə iştirak edənlərdən 8-ci dairənin seçicisi olaraq Azay Quliyevə səs verəcək. Burada iştirak edən və etməyən çoxsaylı jurnalist həmkarlarımızın ümumi istəyi ondan ibarətdir ki, siz yenidən Milli Məclisə üzv seçiləsiniz".

Görüşdə iştirak edən Zərnişan Turan, Zərifə Bəşirqızı, Ülviyyə Abdullayeva, Nigar İsfəndiyar, İradə Əlili, Gülnar Məmmədli, Fatimə Hacıbəyli, Fərqanə Allahverdiqızı, Sevda Əsgərova, Şəfiqə Şəfa Azay Quliyevə seçkilərdə uğurlar arzulayıblar və təkrar deputat seçildikdən sonra ictimaiyyəti və xüsusilə qadınları maraqlandıran bir sıra vacib məsələləri diqqətdə saxlamağı millət vəkilindən xahiş ediblər.

Tanınmış xanım jurnalistlərin seçki qərargahını ziyarət etməsindən məmnunluğunu bildirən Azay Quliyev onlara xoş sözlər və maraqlı təkliflər üçün təşəkkür edib: "Siz yazarlar prosesləri daha diqqətlə izləyirsiniz. Obyektiv müqayisə imkanınız olur. Bu mənada, bizim kampaniyamıza verdiyiniz qiymət və xüsusilə, dəstəyiniz bizim üçün çox önəmlidir".

Görüşdə gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi olub. Sonda jurnalistlər Azay Quliyevlə xatirə şəkili çəkdiriblər və ona seçkidə qələbə arzulayıblar.

Sizin Reklam Yeriniz