Əlaqə Arxiv
news Image
2015.10.29
15:40
| A A A
Minsk Qrupu həmsədrləri bəyanat yaydı: "Təhlükəlidir..."

Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli və digər əsas elementlərin müzakirəsi üçün həmsədrlərin təşkilatçılığı ilə ilin sonuna kimi görüş keçirilməsinə razılıqlarını təsdiqləyiblər. Bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin oktyabrın 26-28-də regiona səfərlərinin yekununa dair yaydıqları bəyanatda deyilir. "Biz prezidentlərə təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində zorakılığın təhlükəli olduğunu bildirdik. Mina və raket qurğuları kimi ağır texnikadan istifadə qəbuledilməzdir və dinc əhali üçün ciddi təhlükə yaradır. Biz itkilərə və günahsız insanlar arasında ölüm hallarına görə dərin təəssüf keçiririk və tərəflərin bu kimi zorakılıqların qarşısını almaq üçün addımlar atmasını gözləyirik" - deyə bəyanatda bildirilir.


Sizin Reklam Yeriniz