Əlaqə Arxiv
news Image
2015.10.29
18:00
| A A A
​Ərdoğan: "Obamanın seçkiqabağı kampaniyasını aparan texnoloqlar HDP-yə məsləhət verir"

"Prezident seçkisində ABŞ prezidenti Barak Obamanın kampaniyasında iştirak edən amerikalı siyasi texnoloqlar Xalqların Demokratik Partiyasına (HDP) təlimat verirlər".

Türkiyə KİV-i xəbər verir ki, bunu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal24" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, B.Obamanın prezident seçkisi öncəsi təbliğat-təşviqatını aparan mütəxəssislər komandası HDP-nin seçkiqabağı kampaniyasında iştirak edirlər: "Onlar İstanbulda media-qrupun (haqqında cinayət işi açılan və iki televiziya və iki qəzeti bağlanan "Koza İpək" media qrupunu nəzərdə tutur - "Report") iştirakı ilə bir neçə görüş də keçiriblər. Bu komanda HDP-yə seçkiqabağı kampaniya zamanı yalan və böhtandan istifadə etməyi məsləhət görüb. Yalan davamlı olaraq deyiləndə həqiqət kimi də qəbul edilir. Terrorçu PKK ilə əlaqəsinin olmasını inkar etməsi HDP-nin yalanlarından biridir".

HDP həmsədri Səlahəddin Dəmirtaş Türkiyə prezidentinin dediklərini təkzib edib.

Sizin Reklam Yeriniz