Əlaqə Arxiv
news Image
2015.10.29
19:30
| A A A
BMT: Dünyada 60 milyon insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır

"Dünyada 60 milyon insan müxtəlif fövqəladə vəziyyətlər səbəbindən bu gün öz daimi yaşayış yerini tərk etmək məcburiyyətində qalıb".

Movqe.az-ın RIA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Qafqaz, Mərkəzi Asiya və Ukraynada humanitar məsələlərin koordinasiyası ilə bağlı regional ofisinin rəhbəri Marsel Vassen deyib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xilasetmə xidmətlərinin təhsil müəssisələrinin rəhbərlərinin Moskvada keçirilən iclasında çıxış edən BMT rəsmisi 100 milyon insanın bu gün dünyada müxtəlif münaqişələrdən, təbii fəlakətlərdən əziyyət çəkdiyini, onlardan 60 milyonunun isə qaçqın və məcburi köçkün olduğunu qeyd edib.

M. Vassenin sözlərinə görə, bunlar müxtəlif təbii fəlakətlər və silahlı münaqişələr zamanı həyatlarına olan təhdidlər səbəbindən evlərini tərk etməyə məcbur olan insanlardır.


Sizin Reklam Yeriniz