Əlaqə Arxiv
news Image
2015.10.30
09:00
| A A A
Müsavat Partiyasının seçkilərdən geri çəkilməsinin şok səbəbləri üzə çıxır
Elçin Mirzəbəyli: “Arif Hacılı və İsa Qəmbər seçkilərdə uğur qazanmayacaqlarını başa düşdükləri üçün partiyanın digər namizədlərinə də təzyiq yolunu seçiblər” Araz Əlizadə: “Özlərini gündəmdə saxlamaq, xaricdən gələn maliyyə dəstəyini itirməmək üçün belə bir qərara gəliblər”

Xəbər verildiyi kimi, Müsavat Partiyası qəbul etdiyi qərarla parlament seçkilərində iştirakını dayandırdı. Seçkilərdən geri çəkilməsinə səbəb kimi isə reallıqdaq uzaq bəhanələr göstərilib. Özü də bu qərar Müsavat Partiyasının seçkiqabağı mitinqindən sonra qəbul edilib. Həmin mitinqə isə kifayət qədər az sayda insan gəlmişdi və bu, partiyanın sosial bazasının daha da seyrəldiyini göstərirdi. Müsavat Partiyasının "Məhsul" stadionunda keçirdiyi son mitinqinə 200 nəfərə yaxın tərəfdaş toplamışdı. Özləri də gözəl bilirlər ki, bu say onlarda qalibiyyətə apara bilməz. Görünür, məlum qərarın qəbulunda bu amilin də rolu az olmayıb.

Həmçinin, radikal müxaliftəin əcnəbilərlə sıx əməkdaşlığı sifarişin xaricdən gəldiyini də istisna etmir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli həmin qüvvələrin mütəmadi olaraq ayrı-ayrı ölkələrin maraqlarından çıxış etdiyini diqqətə çatdıraraq qeyd edir: "Çünki, bu partiyanın fəaliyyətində oxşar məqamlara çox rast gəlinir. Digər amil isə partiyanın rəhbərliyində təmsil olunan şəxsin, o cümlədən Arif Hacılı və keçmiş sədr İsa Qəmbərin seçkilərdə uğur qazanmayacaqlarını əvvəlcədən görüb prosesdən geri çəkilmək barəsində qərar qəbul etməsidir.

Partiyanın qeydə alınmış digər namizədlərini də geri çəkilməyə məcbur edirlər. Əslində, Müsavat Partiyasının bu qərarı hüquqi baxımdan heç bir əhəmiyyət kəsb etmir. Çünki, seçkiyə on gün qalmışa qədər namizədliyin geri götürülməsi mümkündür. İstənilən formada ərizə yazsalar, qərar qəbul etsələr də verilən qərarın seçki prosesinə və eyni zamanda seçkidə iştirak edən Müsavat Partiyasının namizədlərinə heç bir aidiyyatı yoxdur. Çünki, hüquqi qüvvəsi olmayan qərardır. Bu da onu göstərir ki, sırf manipuliyativ xarakter daşıyır.

Arif Hacılı və İsa Qəmbər seçkilərdə uğur qazanmayacaqlarını başa düşdükləri üçün partiyanın digər namizədlərinə də təzyiq yolunu seçiblər. Əslində, bu, birbaşa həm "Siyasi partiyalar haqqında" Qanuna, həm də Azərbayan Konstitusiyasının təməl prinsiplərinə zidd addımdır. Çünki, vətəndaşın seçki hüququ heç bir zaman məhdudlaşdırıla bilməz. Siyasi partiyanın qərarı da Azərbaycanın ali qanununa uyğun şəkildə aparılmalıdır. Çünki, ölkənin bütün qanunverciliyi, normativ aktlarının bünövrəsi Azərbaycan Konstitusiyası sayılır. Demokratiyadan, insan hüquq və azadlıqlarından danışan insanlar bu gün öz üzvlərinin hüquqlarını kobud şəkildə pozurlar. Onların seçki hüquqlarını məhdudlaşdırırlar. Bu, Müsavat Partiyasının Arif Hacılının timsalında qəbul etdikləri növbəti biabırçı qərardır. Manipuliyasiyadan başqa nəsə deyil. Bundan əvvəlki atdıqları addımları hansı effektiv nəticə verdisə, bu da həmin nəticəni verəcək".

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə Müsavatın bu qərarına ironik yanaşdı: "Aşığın sözü bitəndə dalay-dalay deyir. Hamıya məlumdur ki, bunlar çoxdan xalq arasında inamlarını itiriblər. Ona görə də əvvəlcədən bilirlər ki, parlament seçkilərində uğur qazana bilməyəcəklər. Bütün dünayadan müşahidəçilər gəlsə də belə, onlar uduzacaqlarını bilirlər.

Özlərini gündəmdə saxlamaq, xaricdən gələn maliyyə dəstəyini itirməmək üçün belə bir qərara gəliblər. Bəlkə də xaric onların parlament seçkilərində iştirak etmələrini istəyir. Amma bunlar bilirlər ki, seçkidən uduzduqdan sonra onların qarşısında olan nüfuzları təmiz itəcək. Nəticələrdən sonra seçkilərin antidemokrtik keçdiyini deyə bilməyəcəklər. Ona görə də qərara gəldilər ki, mübarizəni dayandırsalar, yaxşıdır".



Sizin Reklam Yeriniz