Əlaqə Arxiv
news Image
2015.10.30
10:45
| A A A
Vyanada Rusiya, ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanın XİN rəhbərlərinin görüşü olub

Vyanada Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanın XİN rəhbərləri və ABŞ-ın dövlət katibinin görüşü keçirilib.

Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiya nümayəndə heyətindən bildirilib.

Məlumata görə, görüş bir saatadək davam edib. Bundan əvvəl Avstriyanın paytaxtında Rusiya və İran XİN rəhbərləri arasında görüş baş tutub.

Qeyd edək ki, oktyabrın 30-da qeyd olunan "dördlüyə" daha bir neçə dövlətin XİN rəhbərlərinin qoşulacağı gözlənilir. Onların arasında Misir, İran, İraq və Livanın olacağı bildirilir. Bundan əvvəl Suriya böhranının nizamlanmasına dair danışıqlar formatının genişləndirilməsi təşəbbüsü ilə Rusiya tərəfi çıxış edib.


Sizin Reklam Yeriniz