Əlaqə Arxiv
news Image
2015.10.30
19:00
| A A A
Berlin müşahidəçiləri hədsiz nikbin olmamağa çağırır

Bu gün Vyanada Suriyada vəziyyətin dinc yolla tənzimlənməsinə həsr edilmiş beynəlxalq konfrans işə başlayıb. Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Frank-Valter Ştaynmayer konfransın açılışı ilə əlaqədar hədsiz nikbin olmamağa çağırıb. Dünən Afinada səfərdə olan Ştaynmayer xəbərdarlıq edib: "Sabahkı görüşdə böyük irəliləyiş olmayacaq".

Bununla belə, nazirin fikrincə, regiondakı bütün ən mühüm aktorların, o cümlədən ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı və İranın bir masa arxasında görüşərək məsələnin həlli yollarını axtarmaqla məşğul olması dəyərli fakt hesab edilməlidir.

Ştaynmayerin sözlərinə görə, əgər görüş iştirakçıları bəzi prinsipləri razılaşdıra bilsələr, məsələn vahid Suriyanın dünyəvi dövlət kimi qorunub saxlanması və bu ölkədə keçid hökuməti yaradılmasına gətirib çıxaracaq prosesin başlanması barədə razılığa gəlsələr, həmin görüşü uğurlu hesab etmək olar. Bu gün Vyanaya, danışıqlara gələn Almaniya XİN başçısı deyib: "Ola bilsin ki, sabah bu məsələlər danışıqlar masası üzərinə qoyulacaq və bu, kifayət qədər vacibdir".


Sizin Reklam Yeriniz