Əlaqə Arxiv
news Image
2015.11.01
11:20
| A A A
AŞPA-nın müşahidə missiyasının rəhbəri: "Seçkilərlə bağlı ab-hava müsbətdir"
Hələ ki, çatışmazlıq aşkar edilməyib

"Azərbaycandakı seçkilərlə bağlı ab-hava müsbətdir". Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AŞPA-nın müşahidə missiyasının rəhbəri, ispaniyalı deputat Jordi Çukla Kosta söyləyib.

Paytaxt Bakıda bir neçə seçki məntəqəsində olduqdan sonra missiya rəhbəri bildirib ki, hələ ki çatışmazlıq aşkar edilməyib. O, həmçinin vurğulayıb ki, səsvermənin gedişatı ilə bağlı müşahidələri qiymətləndirməsi komandasının ümumi təəssüratlarının sadəcə, bir hissəsidir.

Onun sözlərinə görə, bu gün AŞPA missiyasının 32 müşahidəçisi Bakıda və ölkənin bölgələrində bir sıra seçki məntəqəsində olacaqlar.


Sizin Reklam Yeriniz