Əlaqə Arxiv
news Image
2015.11.01
12:44
| A A A
Rusiya MSK-nın rəhbəri Azərbaycanın regionlarında parlament seçkilərini müşahidə edir

Rusiya MSK-nın rəhbəri Vladimir Çurov Azərbaycanın regionlarında parlament seçkilərini müşahidə edir.

Bu barədə Trend-ə Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildiriblər ki, V.Çurov Şamaxı rayonunda soyuq hava şəraitinin olmasına, qar yağmasına baxmayaraq, səhər saat 10 radələrində seçicilərin səsvermədə iştirakı təxminən 13 faiz olduğunu deyib.

Şamaxı rayonundakı müşahidədən sonra V.Çurovun İsmayıllı rayonuna yola düşdüyü bildirilir. Rusiya MSK rəhbəri bu regionda da seçkilərin gedişini izləyəcək.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.


Sizin Reklam Yeriniz