news Image
2015.11.01
13:28
| A A A
Xose de Venesia: Azərbaycan demokratik inkişaf yoluna sadiqdir

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) həmsədri Xose de Venesia 15 saylı Yasamal birinci seçki dairəsinin 4 saylı seçki məntəqəsində olub və seçkilərin gedişatı ilə maraqlanıb.

Movqe.az Secki-2015.az saytına istinadən məlumat verir ki, Xose de Venesia seçki məntəqələrində seçici fəallığının mövcud olduğunu bildirib.

Həmsədr seçki prosesindən razılıq edərək deyib ki, səsvermə obyektiv, şəffaf, demokratiyanın tələblərinə uyğun şəkildə davam edir: "Bu, bir daha göstərir ki, Azərbaycan demokratik inkişaf yoluna sadiqdir".

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.