Əlaqə Arxiv
news Image
2015.11.01
13:38
| A A A
Sergey Lebedev: Azərbaycanda parlament seçkiləri yüksək seçici fəallığı ilə keçirilir

Azərbaycanda parlament seçkiləri seçicilərin yüksək fəallığı ilə keçirilir. Bunu MDB müşahidə missiyasının rəhbəri, strukturun icraçı katibi Sergey Lebedev deyib.

Missiya rəhbəri bildirib ki, baş çəkdikləri seçki məntəqələri barədə təəssüratları yüksəkdir: "Seçkilər sakit və yüksək seçki fəallığı ilə keçir. Partiyaların, namizədlərin xeyli yerli müşahidəçiləri var və bu o deməkdir ki, seçkilər açıq şəraitdə keçirilir".

S.Lebedev qeyd edib ki, hamının səsvermə prosesini müşahidə etmək imkanı var: "İnsanlar parlamentə seçəcəkləri namizədlərə görə öz ölkələrinin gələcəkləri barədə məsuliyyət hiss edirlər. Gördüklərimiz deməyə əsas verir ki, seçkilər sakit keçir".

Onun sözlərinə əsasən, MDB missiyası yerli müşahidəçilərlə, Qərb, həmçinin Şərq ölkələrindən olan digər müşahidəçi qrupların nümayəndələrilə fikir mübadiləsi aparıblar: "Digər missiyalardan olan həmkarlarımız da bizimlə eyni təəssüratlardadırlar. MDB müşahidəçiləri Azərbaycanın bir çox şəhər və rayonlarında işləyirlər. Bizim 147 müşahidəçimiz var. Onların əksəriyyəti seçki məntəqələrinin açılışında iştirak edib".

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.


Sizin Reklam Yeriniz