Əlaqə Arxiv
news Image
2015.11.01
14:04
| A A A
Avstraliyalı deputat: Azərbaycanda parlament seçkiləri qanunvericiliyin tələblərinə uyğun keçirilir

Azərbaycanda parlament seçkiləri qanunvericiliyin tələblərinə uyğun keçirilir. Bunu Trend-ə Avstraliya parlamentinin müşahidə missiyasının rəhbəri Lyuk Simpkins deyib.

L.Simpkinsin rəhbərlik etdiyi müşahidə missiyasının üzvləri Abşeron rayonunda və Bakıda bir sıra seçki məntəqələrində olublar.

L.Simpkins bildirib ki, missiya hələ heç bir qanun pozuntusu qeydə almayıb: "Səhər saatlarında havanın soyuq olmasına görə, passivlik müşahidə edilsə də, günorta saatlarına doğru seçicilərin aktivliyi artıb".

Müşahidə missiyası seçkilərin gedişini müşahidə etməyə davam edir.


Sizin Reklam Yeriniz