Əlaqə Arxiv
news Image
2015.11.01
15:15
| A A A
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi: "Exit-poll" normal rejimdə davam edir

"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin noyabrın 1-də parlament seçkilərilə bağlı keçirdiyi "exit-poll" tədqiqatları normal rejimdə davam edir. Movqe.az-ın məlumatına görə, bu barədə Seçki-2015.az saytına açıqlamasında mərkəzin rəhbəri İradə Yaqubova məlumat verib.

İ.Yaqubova bildirib ki, Mərkəzin təcrübəli əməkdaşları 118 dairə üzrə 1180 məntəqədə exit-poll tədqiqatı aparır: "Səhər saat 8-dən bizim əməkdaşlarımız seçki məntəqələrinin çıxışlarında işləyirlər. Biz artıq 2 dəfə məlumat açıqlamışıq".

Mərkəz rəhbərinin sözlərinə görə, sorğu zamanı ciddi problem aşkarlanmayıb: "Havanın yağmurlu olmasına baxmayaraq, seçicilər "exit-poll" sorğusunda fəal iştirak edirlər. Bu seçkiləri əvvəlkilərdən fərqləndirən könüllülərin çox olmasıdır".

"Exit-poll" sorğusunun nəticələri seçki başa çatdıqdan yarım saat sonra - saat 19:30-da açıqlanacaq.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Sizin Reklam Yeriniz