Əlaqə Arxiv
news Image
2012.04.16
12:40
| A A A
BMT müşahidəçiləri Şamda
Mövqe.az xəbər verir ki, Suriyada atəşkəsə nəzarət  etməsi nəzərdə tutulan Birləşmiş Millətlər Təşkilatının müşahidəçi heyətindən altı nəfər dünən gecə Şama çatıb. BMT Təhlükəsizlik Şurasının ötən gün  verdiyi məlumata görə bu ölkəyə gedən silahsız hərbi müşahidəçilərin sayı qarşıdakı günlərdə 30-a çatacaq. Onalar vəzifələrinə bu gündən  etibarən və başlayacaq. Suriyadan gələn xəbərlərə görə BMT Baş katibi Ban-Ki-Munun atəşkəsin həssa olduğunu söyləyib.: "Suriya rəhbərliyinin Humus şəhərinə bombardmanı davam edir. Çoxlu insan itkiləri verilir. Bir  daha atəşkəsə sadiq qalmaq gərəyini təkidlə vurğulamaq istəyirəm. "
Digər tərəfdən, Suriyalı müxalif qaynaqlar başda Humus olmaqla ölkənin müxtəlif şəhərlərində həftəsonunda  rəhbərlik əleyhinə  nümayişlərdə təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində 26 adamın öldüyü bildirilib.

Əfqanə Məzahirqızı
 
Sizin Reklam Yeriniz