news Image
2012.10.24
10:34
| A A A
ATƏT-in baş katibi: “Biz Minsk qrupunun və onun həmsədrlərinin səylərini dəstəkləməyə davam edirik”

"Dağlıq Qarabağa gəlincə, hamı irəliləyişin olmamasına və yerlərdə vəziyyətin pisləşməsinə görə narahatdır, yalnız bu il ərzində 28 nəfər öldürülüb".

APA-nın verdiyi xəbərə görə, bunu Rusiyada səfərdə olan ATƏT-in baş katibi Lamberto Zannier İnterfaks agentliyinə müsahibəsində deyib.

O deyib ki: "Mən bu narahatçılığı şəxsən bölüşürəm. Biz Minsk qrupunun və onun həmsədrləri olan RF, Fransa və ABŞ-ın səylərini dəstəkləməyə davam edirik. Əgər hər iki tərəfdən danışıqlar yolu ilə sülh razılaşmasının nailiyyəti üçün siyasi iradə yoxdursa, onda heç bir beynəlxalq səy təsirli ola bilməz. Mən bunu Nyu-Yorkda xarici işlər nazirləri ilə görüşlər zamanı vurğuladım. Gərginliyin daha da artmasının qarşısının alınması və regionda çoxdan gözlənilən təhlükəsizliyin təmin olunmasının yeganə üsulu danışıqların mahiyyətinə dönüş və gələcəyə oriyentasiyayadır".