Əlaqə Arxiv
news Image
2012.10.25
16:27
| A A A
Avstraliya ştatı «Dağlıq Qarabağ Respublikasının» müstəqilliyini tanıyıb
Avstraliyanın Yeni Cənubi Uels ştatının Qanunvericilik Şurası bu gün "Dağlıq Qarabağ Respublikasının" (DQR) tanınması və Qarabağ xalqının öz müqəddəratını təyinetməsi hüququ ilə bağlı qətnamə qəbul edib.
APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi xəbərə görə, Şuranın üzvü xanım Mari Fikarra tərəfindən irəli sürülən bu təşəbbüs yekdilliklə qəbul olunub.
Ştatın qanunvericilik orqanı bu qətnaməni qəbul edərək Avstraliya hökumətini separatçı "DQR" rejiminin müstəqilliyini rəsmi şəkildə tanımağa, həmçinin "Dağlıq Qarabağ" və "DQR vətəndaşları" ilə münasibətləri gücləndirməyə çağırıb.
Bununla yanaşı, Şura "Dağlıq Qarabağ Respublikasına" humanitar və iqtisadi dəstəyin davam etdirilməsini zəruri sayıb.
Sizin Reklam Yeriniz