news Image
2012.04.17
12:20
| A A A
Rusiya Qəbələ RLS-dən ümidini üzmür


Rusiya ilə Azərbaycan arasında Qəbələ RLS-in yeni icarə müqaviləsinin razılaşdırılması prosesi hələ də ləngiyir. Rusiyalı politoloq Vladimir Yevseyev isə məsələnin daha çox siyasi aspektlərinə nəzər salır: "Hərbi nöqteyi-nəzərdən, Rusiya Qəbələ radar stansiyasının icarəsinin müddətini artırmağa ehtiyac duymur. Çünki, tezliklə Armavir yaxınlığımda "Voronej" adlı radarın ikinci hissəsi sona çatır. Onun müşahidə diapazonu Qəbələ RLS ilə uyğun gəlir və ballistik hədəflər dəqiqliklə aşkarlanır. Kəşfiyyat avadanlıqlarının Rusiya ərazisində saxlanılması daha məqsədəuyğundur və bu baxımdan kiçik azalmaların (təxminən 7000-dən 5000 km qədər) heç bir mənası yoxdur.

Burada siyasi aspektlər daha vacibdir. Rusiyanın Azərbaycan ərazisində yeganə hərbi obyekti Qəbələ RLS-dır. Biz hərbi-texniki əməkdaşlığı davam etdirmək istəsək, bu qorunub saxlanılmalıdır. Lakin bu məsələ ikirətəfli xarakter daşıyır. Bu, sövdələşmə dəyişiklik baxımdan, məsələn, Moskvanın Dağlıq Qarabağla münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsi kimi istifadə edilə bilməz", - V.Yevseyev deyib.

Ziba Yusifova

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs