news Image
2012.04.18
01:51
| A A A
Cəmiyyətin İctimai Palatanın liderlərinə olan etimadı çox azdır
“İndiyədək eyni liderlər, eyni yanaşma, eyni təfəkkür və düşüncə mövcud olub”

"Bu gün Azərbaycan cəmiyyətinin İctimai Palatanın liderlərinə olan etimad limiti çox azdır". Bunu SalamNews-a Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Onun sözlərinə görə, bunun başlıca səbəbi həmin liderlərin 20 ilə yaxın siyasi səhnəni zəbt etməsi və heç bir uğur qazana bilməməsidir: "Bu, 20 ilə yaxındır davam edən prosesdir. İndiyədək eyni liderlər, eyni yanaşma, eyni təfəkkür və düşüncə mövcud olub. 1989-1990-cı illərdə meydanlarda çıxış edən həmin adamlar indi də həmin pafosla eyni sözləri təkrar edirlər. Təbii ki, bunun da əvvəlki səmərəsi yoxdur".

Ə.Orucun fikrincə, ilk növbədə, proseslərə baxış dəyişməli, müxalifətin daha böyük hissəsi bir araya gəlməli, ayrı-ayrı zaman kəsimlərində müxalifətin uğursuzluqlarının başında duranlar bir qədər kənara çəkilməlidirlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs