Əlaqə Arxiv
news Image
2012.11.08
17:20
| A A A
"PKKə qarşı biz də əsgər göndərək"
Azərbaycan terrorla mübarizəyə dəstək təklifi olunub

Azərbaycanlı millət vəkili Fərəc Quliyev, "Azərbaycan əsgərləri türk ordusu ilə birgə terror təşkilatına qarşı mübarizə aparsın" deyib.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri, siyasi və hərbi sahədəki inkişafı Anadolu Agentliyi ilə bölüşən Millət vəkili Türkiyə-Azərbaycan və hətta bütün türk dünyası arasındakı əlaqələrin iqtisadi və mədəni sahədən siyasi və hərbi sahəyə keçməsinin lazım olduğunu söyləyib.


"TÜRK ƏSGƏRİ DƏ QARABAĞda DÖYÜŞƏ BİLƏR"

Azərbaycan və türk əsgərlərinin NATO daxilində, dünyanın bir çox ərazilərində xidmət etdiyini  deyən F. Quliyev, "Niyə biz ortaq bir hərbi birlik yaradaraq PKK-ya qarşı mübarizə aparmırıq? Türk ordusunun bu mübarizədə təbii ki, kifayət qədər gücü var. Lakin bizim iştirakımız ortaqlığımızı gücləndirəcək. Yenə, nə axtsa Qarabağ döyüşünə türk əsgərləri də qatıla bilər. Bu birgəliyi inkişaf etdirərək hərbi blok halına gətirə bilərik" deyə danışıb.

Azərbaycanın həm siyasi, həm iqtisadi həm də hərbi sahədə Türkiyə və digər türk respublikaları ilə birlikdə ortaq bir Avrasiya bloku yaratmaq iqtidarında olduğunu qeyd edən deputat, ölkələr arasında mədəni sahədə bəzi addımlar atıldığını indi də hərbi sahədə atılması lazım olduğunu açıqlayıb.

Fərəc Quliyev 2007-ci ildən etibarən Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf etdiyini ifadə edərək, "Lakin indi bu əməkdaşlığı qanuni şəkildə, heç kimdən çəkinmədən, bütün sahələri də əhatə etməklə güclü hərbi birliyə çevirməliyik" deyib.

Sizin Reklam Yeriniz