Əlaqə Arxiv
news Image
2012.11.13
10:26
| A A A
Rusiyanın Azərbaycandakı səfiri: “Dağlıq Qarabağda hava limanının açılması regionda gərginliyin artmasına səbəb olacaq”

"Ermənilərin Dağlıq Qarabağda hava limanı açması barədə məsələ yeni deyil və Rusiya tərəfi münaqişənin həllində iştirak edən digər vasitəçilərlə birgə bununla bağlı narahatlığını bildirib".

APA-nın "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

Səfirin sözlərinə görə, bu addım tərəflər arasında etimadın qurulmasına mane yaradır və regionda gərginliyə səbəb olacaq: "Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə töhfə verməyəcək".

V. Doroxin hər iki tərəfin diplomatik addımlar atacağına ümidvar olduğunu bildirib: "Düşünürəm ki, tərəflər hava gəmilərin vurulması barədə təhdidlərə yol verməyəcək və bu məsələni siyasətləşdirməyəcəklər".

Sizin Reklam Yeriniz