Əlaqə Arxiv
news Image
2012.11.13
18:59
| A A A
"Erməni soyqırımı"nı inkar edən qanun yenidən gündəmə gələ bilər

Movqe.az "PanArmenian"a istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Hollande Senatdan keçən , lakin Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilməyən "soyqırımı inkar edən qanunu" yenidən gündəmə alacağını açıqlayıb. Fransa prezidenti Fransua Hollande erməni həmkarı Serj Sarkisyan ilə "Elysee" Sarayında görüşüb. Görüşdən sonra mətbuat nümayaəndələrinin suallarını cavablayan Hollande ölkəsinin Ermənistan ilə iqtisadi əlaqələrini daha irəliyə aparma mövzusunda qərarlı olduğunu söyləyib. Saytın xəbərinə görə Hollande Konstitusiya Məhkəməsinin də qarşı çıxmayacağı qanuni layihə hazırlanacağını və inkar qanununu yenidən gündəmə gətirəcəyini söyləyib.

Xatırladaq ki, qanun qəbul edilsə, Fransa ərazisində Osmanlı İmperatorluğunun ermənilərə qarşı soyqırım tətbiq etdiyini inkar edən şəxslər 1 il həbs cəzası və ya 45 min avro pul cəzasına məruz qalacaq.

Sizin Reklam Yeriniz