Əlaqə Arxiv
news Image
2012.11.19
11:12
| A A A
Radikal müxalifət yenə anti-Azərbaycan mövqeyində
Mais Gülalıyev: “Ona əminəm ki, bu qüvvələr Qərbin diqtəsi ilə addım atır” Mais Səfərli: “Bu gün seçkiləri uduzan müxalifət partiyalarının ətrafında insanlar qalmayıb”

Radikal müxalif düşərgədə yer alan qüvvələrin ölkədə hələ də müəyyən gərginlik, qarşıdurma yaratmaq niyyətində olması və fəaliyyətlərini də əsas etibarı ilə bu istiqamətdə qurmaları artıq danılmaz həqiqətdir. Hər halda müxaliflərin yenidən icazəsiz aksiyalara meyllənmələri də bunun daha bir təsdiqi kimi çıxış edir. Halbuki Azərbaycana qarşı hələ də ikili standartların hökm sürdüyü, müəyyən xarici qüvvələr tərəfindən müxtəlif formada təzyiqlər göstərilməsinə cəhd olunduğu bir vaxtda kiçicik olsa belə hansısa qarşıdurma yalnız ölkəmizi istəməyən bədxah qüvvələrin lehiən işləyə bilər. Lakin radikallıq əhval-ruhiyyəsi üzərində köklənən müxaliflər bu reallığı görmək istəmir, yaxud da ölkəmizə qarşı olan qüvvələrləonların maraqları üst-üstə düşür.

Bu fonda xatırladaq ki, son zamanlar müxalifət dəfələrlə icazəsiz olaraq həyata keçirdiyi aksiyalarını 17 noyabr günündə də təkrarlamaq qərarı verib. Elə bir çox siyasilər də müxalifətlə anti-Azərbaycan mövqeyinə duran xarici qüvvələrin hərəkətlərində uyğunluq olduğunu bildirirək, onları qınayırlar.

Yurddaş Partiyasının sədri Mais Səfərlinin sözlərinə görə, bu gün istər daxildə, istərsə də xaricdə Azərbaycanı istəməyən qüvvələr çoxdur: "Azərbaycanın inkişafı onu istəməyən qüvvələri kifayət qədər qıcıqlandırır. Xüsusi ilə ermənipərəst qüvvələr bundan daha çox narahatdır. O qüvvələr həm Avropa, həm Rusiyada mövcuddur. Həmçinin, ermənipərəst olmayan qüvvələr də var ki, onlar da Azərbaycanın inkişafından narahatlıq duyurlar. Təbii ki, belə bir fonda Azərbaycana qarşı təzyiq cəhdlərindən bəzi müxalifət partiyaları da ruhlanıblar".

Partiya sədri qeyd etdi ki, son vaxtlar Azərbaycana təzyiqlər edilməsinə cəhd halları artmaqdadır: "Belə ki, Rusiyanın ərazisində "Sadval" təşkilatı da fəallaşmağa başlayıb. Həmçinin digər xarici qüvvələr də var. Bunların fonunda müxalifət də fəallaşmağa başlayıb. Onlar icazəsiz mitinqlərə meyllənirlər ki, bu da yolverilməzdir.

Qeyd edim ki, Azərbaycanın Konstitusiyası dünyanın aparıcı ölkələrinin Konstitusiyası ilə bir yerdə dayanır. Bunun da memarı ümummilli lider Heydər Əliyevdir. Konstitusiyamızda da insan azadlıqları barədə maddələr daha çox üstünlük təşkil edir. Burada əsas sərbəst toplaşmaq hüququdur ki, bu hüquq da vətəndaşlara verilib. Amma təəssüflər olsun ki, müxalifət bu hüquqdan düzgün istifadə etmir. Çünki, bu, o demək deyil ki, həmin hüquqdan istifdə edib, digər insanların hüquqlarını pozub, istənilən yerdə aksiya keçirmək olar. İnsan hüquq və azadlıqları o yerdə bitir ki, başqa birinin hüquq və azadlığı başlayır. Yəni, kimsə bir hərəkət edərkən fikirləşməlidir ki, onun bu hərəkətləri digərlərinin hüquqlarını pozur, ya yox. Ona görə də icazəsiz aksiya keçirilməsi dünyanın ən demokratik yerində belə qəbul edilməzdir. Amma bu gün ölkə kənarında baş verən hadisələr müxalifəti ruhlandırıb. Lakin bütün bunlar əbəsdir. Çünki, Azərbaycan həmişə - istər Heydər Əliyevin, istərsə də Prezident Ilham Əliyevin dövründə bütün bu təhdidlərə sinə gəribdir. Ona görə də Azərbaycan bu sınaqlardan möhkəm çıxacaq. Bu da dostlarımızı sevindirəcək, düşmənlərimizi isə məyus edəcəkdir".

Mais Səfərlinin sözlərinə görə, kütləvi aksiya keçirmək asan məsələ deyil: "Onun üçün gərək böyük sosial bazaya, geniş tərəfdarlara malik olasan. İnsanlar da vizual olaraq həmin partiyanın gücünə inanmalıdırlar. Amma bu gün seçkiləri uduzan müxalifət partiyalarının ətrafında insanlar qalmayıb. Onlar klassik anlamda olan kütləvi aksiyalar keçirə bimirlər. Ona görə də şəhərin ən gur yerində icazəsiz aksiyalar keçirməyə meyl edirlər ki, çox görünsünlər. Bilməyən adamlar üçün də bu görüntü təəssürat yarada bilər".

Sizin Reklam Yeriniz