Əlaqə Arxiv
news Image
2012.11.20
12:38
| A A A
"Ərəb ölkələri yalnız cənazə mərasimi təşkil edər"

Movqe.az xəbər verir ki, Livandakı Hizbullah təşkilatının baş katibi Həsən Nəsrullah təşkilatın media orqanı Əl-Manar televiziya kanalından tərəfdarlarına səslənib.

İsrailin Qəzza hücumuyla əlaqədar danışan Nəsrullah Ərəb ölkələrini tənqid edərək: ''Ərəb dövlətləri yalnız cənazə mərasimi təşkil edə bilir'' - deyə danışıb.

Adını çəkmədiyi bir Ərəb ölkəsinin xarici işlər nazirinə də tənqid yönəldən Nəsrullah, ''Suriyaya silah göndərirlər, amma Fələstinə bir güllə belə göndərməzlər" - deyib.

Tənqidini davam etdirən Nəsrullah, "Əgər onlar qoyunlaşdılarsa, Fələstində, Livanda və bir çox Ərəb ölkəsində aslanlar və qəhrəmanlar var. İran, Suriya və Livan keçmişdə olduğu kimi heç bir zaman Qəzzadan imtina etməyəcək. Biz dini və insani vəzifəmizi yerinə yetiririk'' - deyə bildirib. 

Sizin Reklam Yeriniz