news Image
2012.04.19
13:00
| A A A
“Suriya xalqının dostları" Parisdə toplaşıb

Mövqe.az "Euronews"a istinadən bildirir ki, "Suriya xalqının dostları" bu gün Fransanın ev sahiblik etdiyi paytaxt Parisdə toplaşacaq.

Şam rejimi istiqamətli əlavə sərt sanksiya qərarlarının alınması gözlənilən yığıncağa Türkiyə və Amerika Birləşmiş Ştatları da daxil olmaqla 10-a yaxın ölkə qatılacaq.

1 aprel İstanbuldakı yığıncağda Suriya xalqının qanuni nümayəndəsi olaraq tanınan Suriya Milli Şurasının lideri Burhan Qalyun Parisdə dünən etdiyi şərhdə bildirib ki: "Düşünürəm ki, daha əvvəl də Kosovada olduğu kimi üstünlüyü  vətəndaşların qorunması məsələsinə verməliyik. 14 aydır sistematik və mütəşəkkil bir şəkildə davam edən qırğının olmasına baxmayaraq, hələ də beynəlxalq cəmiyyətin vətəndaşların müdafiəsi ilə bağlı bir plan üzərində birləşməsini göstərəcək heç bir şey yoxdur."

Suriyada hələ də hadisələrin davam etdiyini və Əsəd rəhbərliyinin atəşkəsi təmin edə bilmədiyini ifadə edən Fransa Xarici işlər Naziri Alan Juppe isə, "Parisdən Şam rejiminə Annan planının tətbiqi yolunda güclü və qərarlı mesaj göndərmək istədiklərini" bildirib.

"Suriya xalqının dostları" yığıncağı ilk dəfə 24 fevral Tunisdə keçirilib.

 

Bundan əlavə, Suriya Ümumi İnqilab Şurası, ölkənin müxtəlif şəhərlərində ordunun müxaliflərə istiqamətli əməliyyatlarının davam etdiyini və dünənki hadisələrdə 31 adamın öldüyünü eşitdirib.


Ziba Yusifova 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs