Əlaqə Arxiv
news Image
2012.11.27
13:49
| A A A
Deputatlardan İlqar Məmmədova sərt cavab
Fəzail Ağamalı: «Məhkəməyə verildiyi halda mən öz imzamı atacağam» Mübariz Qurbanlı: «Onun yazdıqlarını oxumuram»

REAL Hərəkatının sədri İlqar Məmmədov Milli Məclisi hələ də təhqir və tənqid hədəfinə çevirməkdə davam edir. Qanunverici orqanı "zoopark"adlandırmaqdan belə çəkinməyən bu şəxs Milli Məclis deputatlarının onu hələ də məhkəməyə verməməsinə də özünəməxsus tərzdə rişxəndlə yanaşır və bunu "facebook" səhifəsində yazdığı statusdan da aydın görmək olar.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı məsələ ilə bağlı aşağıdakları bildirib: "Mən onun yazdıqlarını oxumuram. Mən onun "facebook" səhifəsini izləmirəm. Onun nə yazdığı məni maraqlandırmır".

Sizin Reklam Yeriniz