news Image
2012.04.20
11:07
| A A A
Ermənilər türklərdən 15 milyard dollar tələb edirlər
Erməni diasporu təzminat tələbini açıq şəkildə bəyan etməyə başlayıb Erməni diasporu qondarma erməni soyqırımı ilə bağlı təzminat tələbini artıq açıq şəkildə bəyan etməyə başlayıb. BMT-də qondarma soyqırımı ilə bağlı keçirilən simpoziumda çıxış edən erməni rejissor Karla Karapedyan 1915-ci il hadisələri ilə bağlı Türkiyənin 15 milyard dollar təzminat ödəməsi gərəkdiyini söyləyib.
Karla Karapedyan 1915-ci ildə Türkiyədə 1,5 milyon erməninin öldürüldüyünü iddia edib. O, bu rəqəmi Almaniyanın 1950-ci ildən bəri 6 milyon yəhudinin soyqırımına məruz qalması ilə bağlı 60 milyard dollar təzminat ödəməsinə əsaslanaraq söylədiyini bildirib.
Erməni əsilli yazar Harut Sassouniyan isə BMT-də tədbir keçirdikləri zaman iki türk diplomat tərəfindən tədbirin keçirilməsinə maneçilik törədilməsinə cəhd göstərildiyini və bununla bağlı BMT baş katibi Pan Gi Muna şikayət məktubu göndərdiklərini söyləyib.

Movqe.az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs