Əlaqə Arxiv
news Image
2012.04.20
12:10
| A A A
Türkiyədə generalların növbəti həbs dalğası həyata keçirilib
Hərbçilər 1997-ci ildə dövlət çevrilişinə hazırlıqda ittiham olunurlar Ankara Prokurorluğu istefada olan 30 hərbçinin həbsinə order verib. Həbslər və axtarışlar Türkiyənin 7 əyalətində aparılır. Həbs olunanlar sırasında istefada olan ordu generalı Erol Ozkasnak da var. Polis əməkdaşları Afyon şəhərindəki Zabitlər Evində və Eskişehir şəhərinin Ehtiyatda Olan Zabitlər Birliyinin ofisində axtarışlar aparıb. Bir həftə əvvəl Türkiyə Baş qərargah rəhbərinin müavini general Çevik Bir öz evində həbs olunub. O, təkcə 1997-ci il çevrilişinin təşkilatçılarından biri kimi ittiham olunmaqla yanaşı, çevrilişədək yaradılan və ölkədə islamlaşmaya mane olmağı qarşısına məqsəd qoyan hərbçilərin keçmiş "Qərb fəhlə qrupu" təşkilatının da ideya lideri hesab olunur. Hərbçilər 1997-ci ildə dövlət çevrilişinə hazırlıqda ittiham olunurlar.

Sizin Reklam Yeriniz