news Image
2012.04.20
11:14
| A A A
SIRPI hesabatı Azərbaycanın iqtisadi imkanlarının artdığını təsdiqləyir
“Ermənistan işğaldan heç nə qazanmadı və əksinə, ölkəsi səfalət durumundadır” Azərbaycanın silahlanması və güclənməsi onun bir daha öz ərazi bütövlüyünün işğalı ilə barışmayacağını ortaya qoyur. Bu sözləri Gün.Az-a Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri, ekspert Ayhan Dəmirçi Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutunun Azərbaycan dünyada silahlanmanın artım templərinə görə 1-ci yeri tutmasını şərh edərkən bildirib.
"Üstəlik, bu hesabat Azərbaycanın iqtisadi imkanlarının artdığını və bölgənin lider dövlət olduğunu təsdiqləyir. Onsuz da Qarabağın azadlığı uğrunda müharibə başlasa, bu Ermənistanın darmadağın olunması ilə nəticələnəcək. Bunu Ermənistanda da yaxşı dərk edirlər", - deyə, Ayhan Dəmirçi qeyd edib.
Ayhan Dəmirçi onu da bildirib ki, sosial-iqtisadi problemlə yaşayan Ermənistanın vəziyyəti getdikcə pisləşir. "Ermənistan işğaldan heç nə qazanmadı və əksinə, ölkəsi səfalət durumundadır. Azərbaycan isə hər gün güclənən və inkişaf edən bir dövlət halına gəlib" - deyə, cəmiyyət sədri söyləyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs