Əlaqə Arxiv
news Image
2016.05.02
09:45
| A A A
MKİ-nin rəhbəri: “İŞİD və əl-Bağdadini məhv edəcəyik”

İŞİD terror qruplaşmasının lideri Əbu-Bəkr əl-Bağdadinin aradan götürülməsi təşkilatın məhv edilməsi yolunda önəmli addım olardı.


Movqe.az-ın apa-ya  istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Con Brennan bəyan edib.


"əl-Bağdadini zərərsizləşdirməklə İŞİD-ə böyük zərbə vurmuş olardıq. O çox vacibdir. Şübhə etmirəm ki, biz İŞİD və əl-Bağdadini məhv edəcəyik. İnsanları dəhşətli cinayətlərə təhrik edən təşkilat rəhbərlərini neytrallaşdırmaq gərəkdir. Düşünürəm ki, İŞİD ümumiyyətlə bir fenomendir və uzun illər bizə problem yaratmaqda davam edəcək. Bu sırf təşkilat deyil, təzahürdür. Biz bunu Suriya və İraqla yanaşı Liviya, Nigeriya, digər ölkələrdə də görürük", deyə C.Brennan bildirib.

 

Qeyd edək ki, mayın 2-də "Əl-Qaidə" təşkilatının lideri Üsamə bin Ladenin öldürülməsindən 5 il ötür.

Sizin Reklam Yeriniz