news Image
2016.05.03
09:30
| A A A
Dalana dirənən danışıqlardan müharibəyə gedən yol
Asim Mollazadə: “Təəssüflər olsun ki, Ermənistanın bu siyasətinə qarşı hansısa beynəlxalq təşkilatdan, dünyanın nüfuzlu ölkələrindən ciddi təzyiq və sülhə məcbur edən addımlar atılmır” Elşən Manafov: “Problemə beynəlxaq hüquq normalarından yanaşsaq, Ermənistana qarşı sanksiyalar çoxdan tətbiq olunmalı idi”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar. Dövlət başçısı Tərtər rayonundakı "N" saylı hərbi hissəyə gedib. Ali Baş Komandan hərbi hissənin şəxsi heyəti ilə görüşü zamanı bildirdi ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır.

Bu ilin əvvəlində də Ermənistana beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda işğalçı dövlətin aprelin ilk günlərindən yenidən atəşkəsi pozduğunu və ordumuz tərəfindən layiqli cavab aldığını deyən dövlətimizin başçısı aprelin 5-də Azərbaycan tərəfinin sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verməsinə baxmayaraq, aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimizin atəşə tutulduğunu söylədi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu və döyüş mövqelərimizin daha da möhkəmləndiyini deyən Prezident İlham Əliyev dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu vurğulayıb.

Millət vəkili Asim Mollazadə bildirir ki, Ermənistan bu günə qədər danışıqlardan qaçıb: "Ermənistan bundan əvvəlki danışqları da sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq, dünyanı aldatmaq üçün aparırdı. Ortalıqda heç bir nəticə yoxdur. Təəssüflər olsun ki, Ermənistanın bu siyasətinə qarşı hansısa beynəlxalq təşkilatdan, dünyanın nüfuzlu ölkələrindən ciddi təzyiq və sülhə məcbur edən addımlar atılmır. İrəvan beynəlxalq hüquq normalarını kobud surətdə pozur. Belə olan təqdirdə qanunun aliliyi olmayan yerdə sülh istiqamətində də inkişaf mümkün olmayacaq. Bunun üçün və Azərbaycanın əsas tələbi işğal olunmuş torpaqların azad edilməsi və BMT-nin qətnaməsinin icrası olmalıdır. Bundan sonra digər məsələlər müzakirə mövzusu ola bilər".

Siyasi şərhçi Elşən Manafov isə bildirir: "İndiyə qədər beynəlxalq güclər, həmsdərlər Qarabağ münaqişəsinə bölgədə öz geosiyasi maraqları ilə yanaşır. Cənubi Qafqazda Qərb Rusiya ilə daha ciddi hərbi qarşıdurmaya hazır olmadığından, bundan ehtiyat etdiyindən burada vəziyyəti beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın xeyrinə dəyişmək mümkün olmur. Yəni, maraqlar üst-üstə düşmür. Bu da ABŞ-ın dünya nizami ilə bağlı siyasətinin Rusiyanın indiki iqtidarının siyasəti ilə tam ziddiyyət təşkil etməsi ilə bağlı amilləri özündə ehtiva edir və bundan irəli gəlir.

Aydındır ki, problemə beynəlxaq hüquq normalarından yanaşsaq, Ermənistana qarşı sanksiyalar çoxdan tətbiq olunmalı idi. Ən azından BMT-nin qüvvədə olan 4 qətnaməsi və Ermənistanın indiyə qədər bu qətnamələri icra etməməsi ilk növbədə iqtisadi sanksiyalara, sonra isə daha ciddi sanksiyalara icazə verir. Lakin beynəlxalq güclər dolayısı yolla Ermənistana havadarlıq edirlər. Çünki, Ermənistan onların bölgədəki siyasətinin həyata keçirilməsində bufer imkanlarına malik olan yarımmüstəqil dövlət kontekstində çıxış edir. Beynəlxalq güclərin Ermənistan ilə bağlı "qayğıları" və "maraqları" Ermənistana münasibətdə beynəlxalq hüququn nəzərdə tutduğu sanksiyaların tətbiq olunmasına imkan vermir. Çünki, güclər beynəlxalq hüquqa özlərinə sərf edən kontekstdə yanaşırlar. Elə məhz buna görədir ki, Ermənistana qarşı yaxın perspektivdə sanksiyalar tətbiq olunmayacaq. Ancaq beynəlxalq güclər onu da anlayıblar ki, Azərbaycan əvvəlki Azərbaycan deyil.

Azərbaycan bütün imkanlarına görə Cənubi Qafqazın lider dövlətidir. Beynəlxalq güclər bundan sonra da eyni mövqe sərgiləsələr, son söz Azərbaycanın olacaq. Biz isə Ermənistana qarşı mübarizə aparmayacağıq. Azərbaycan qanunlarına tabe olmaq istəməyən sepratçı rejimə qarşı antiterror əməliyyatları aparacağıq. Əgər Ermənistan da bu müharibədə iştirak edəcəksə, növbəti dəfə onun terrora dəstək verən dövlət olduğunu beynəlxalq birliyin diqqətinə çatdıra bilərik. Amma beynəlxalq güclər siyasi hüquq məsələlərinə həmişə öz maraqları kontektsində yanaşıblar. Bu mənada Azərbaycan Ordusunın status-kvonu dəyişə biləcəyi amillər məlum dairələrin hərəkətə keçməsinə səbəb olacaq. Hələlik bölgədə beynəlxalq güclərin maraqları üst-üstə düşmədiyindən Ermənistana qarşı hansısa sanksiyaların tətbiq edilməsində maraqlı olmayacaqlar. Prezident də vurğuladı ki, Azərbaycanın ən ciddi problemi sanki bizim müsəlman ölkəsi olmağımızdan irəli gəlir. Bu, həmin beynəlxalq güclərdir ki, Liviyaya, İraqa qarşı qətnamə qəbul edildi, bir gün sonra icra olundu. Ancaq dünya güclərinin Cənubi Qafqazın ciddi resurslara, dövlətçilik ənənəsinə malik olmayan dövlətinin nazı ilə oynaması onların bölgədə olan maraqlarından irəli gəlir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs