Əlaqə Arxiv
news Image
2016.05.03
17:35
| A A A
Novruz Məmmədov: Ermənistan rəhbərliyi təxribatlarını davam etdirir

Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifi ilə bağlı Movqe.az-ın sualını cavablandırıb.


- Novruz müəllim, iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə sizin münasibətiniz necədir?


- Bu, Ermənistan rəhbərliyinin növbəti təxribatıdır. Görünür, aprelin əvvəllərində həyata keçirilən təxribatın davamıdır. Onlara cavab veriləcəyini bilirdilər. Əsas məqsədləri də bunu bəhanə edərək danışıqlar prosesini pozmaq, status-kvonu saxlamaq imiş. Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də danışıqlar prosesi heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, həmsədrlər bu məsələyə mütləq münasibət bildirməlidirlər.

Sizin Reklam Yeriniz