news Image
2016.05.04
20:30
| A A A
Sarkisyanla Ohanyan arasında "qadın savaşı"

Ermənistanda prezident Serj Sarkisyanla müdafiə naziri Seyran Ohanyanın xanımları arasında ötən ilin əvvəllərində pisləşmiş münasibətlər indi aşkar qarşıdurma və düşmənçilik həddinə çatıb.

İrəvandakı "Haykakan Jamanak"ın yazdığına görə, Serj Sarkisyanın xanımı Rita Sarkisyan müdafiə nazirinin arvadı Ruzanna Xaçatryanın "həddən artıq aktivlik etməsi, bütün tədbirlərə qatılaraq az qala ölkənin birinci xanımı kimi davranması"ndan narazıdır.Rita Sarkisyanın fikrincə, Ruzanna Xaçatryan daha sadə və təvazökar olmalı, sosial şəbəkələrdə və mediada "ulduz" təsiri bağışlamağa çalışmamalıdır."Hər halda ərim müdafiə naziri olanda mən o zamanlar prezident olmuş Robert Köçəryanın arvadı Bella Köçəryanı kölgədə qoymağa çalışmırdım, sağa-sola müsahibələr vermirdim, daim diqqət mərkəzində qalmağa çalışmırdım", - Rita Sarkisyanın yaxın rəfiqələrinə belə dediyi iddia olunur.Olayla bağlı suallara Rita Sarkisyan və Ruzanna Xaçatryan cavab verməkdən imtina ediblər.

"Joxovurd" isə yazır ki, Seyran Ohanyanın arvadı Ruzanna Xaçatryan ailə qurmazdan əvvəl yüngül əxlaqı ilə ad çıxarıbmış.Ruzannanın əvvəllər erməni milyonçu Ovik Hayrapetyanın məşuqəsi olduğu da vurğulanır. Ovik Ruzanna ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində tanış olub, sonra sevgilisini İrəvana gətirib.Seyran Ohanyan və Ruzanna Xaçatryanın 13 yaşlı Muşeq adlı oğulları və 10 yaşlı Laura adlı qızları var.Xatırladaq ki, əxlaqsızlığı ilə Yerevandakı Tibb Universitetində ad çıxarmış Ruzanna Xaçatryan "pullu sponsor"lara "xidmət"i ilə tanınırdı.12 il əvvəl, 2003-cü ildə Seyran Ohanyanın dostlarından biri Ruzannanı bir gecəlik əyləncə üçün S.Ohanyanın yanına gətirir. İş elə gətirir, S.Ohanyan Ruzannaya vurulur. Deyilənə görə, Ruzannanı onun yanına gətirən Seyranın dostu bu günə kimi onu bağışlamayıb. Onların sevgisini o vaxt  İrəvan Onkologiya Mərkəzinin baş həkimi olmuş Aleksan Aleksanyan "təmin edib".

Hal-hazırda Aleksana bu "xidmət"lərinə görə general rütbəsi verilib.

S.Ohanyan 2003-2004-cü illərdə Dağlıq Qarabağda "müdafiə naziri" olanda Ruzanna Xaçatryan tez-tez Xankəndiyə yollanır, Ohanyanın evində qalırdı.Ruzanna ilə evləndikdən sonra isə 2008-ci ildə S.Ohanyan Dağlıq Qarabağdan Ermənistana müdafiə naziri təyini çıxdıqdan sonra İrəvana gəlir.Ruzanna Xaçatryanın sabiq sevgililərindən biri, Şangavitdəki "Şen Holdinq" adlı gips zavodunun sahibinin oğlu da "sevgisi"nin qurbanı olub. Eyş-işrət gecəsindən sonra evə qayıdan Ruzanna sevgilisinin maşınında olub. O, İrəvanın Nor-Zeytun səmtinə çatanda Range Rover avtomobilinin sükanı arxasına oturmaq, maşını sürmək istəyib.Sevgilisi Ruzannanın sözünü yerə salmayıb.R.Xaçatryan sükan arxasında olanda qəza törədib, maşın divara çırpılıb. Qəzada onun sevgilisi həlak olub.Və həmişəki kimi, rəsmi versiyaya görə, günah öləndə olub.Seyran Ohanyanın İrəvanın Vahaaqni səmtində üçmərtəbəli, superlüks villası var.Arvadına Yerevanda və Parisdə klinikalar açmış Ohanyan "sevimli Ruzanna" üçün Müdafiə Nazirliyinin balansında olan 2 Mercedes avtomobilini də ayırıb.Ruzanna Xaçatryan S.Ohanyanın birinci arvadına da nifrət edir.Seyran Ohanyan Dağlıq Qarabağda olanda onun arvadı "Yehova şahidləri" təriqətinə qoşulmuşdu. Ohanyan nə qədər çalışsa da, arvadını bu təriqətdən ayıra bilməyib.Hər gün evdə dava-dalaş olub və Ruzanna ilə "eşq"dən xəbər tutan qadın Ohanyanla daha çox dalaşırmış.

Ruzanna Xaçatryan barədə "kompromat"ların İrəvan mediasına məhz Rita Sarkisyanın göstərişi ilə ötürüldüyü də vurğulanır.Bu, iddialardır. Fakt isə odur ki, R.Sarkisyan və R.Xaçatryan rəsmi tədbirlərdə qarşılaşanda bir-birləri ilə salamlaşmamağa çalışır, bu da mümkün olmayanda mümkün qədər aralı durmağa can atırlar.millli.az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs