news Image
2016.05.05
12:32
| A A A
İlqar Məmmədov Milli Məclisə seçilmək hüququnu itirib

"İlqar Məmmədov Milli Məclisə seçilmək hüququnu itirib".

Bunu APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib. REAL Hərəkatının sədri İlqar Məmmədovun 90 saylı Ağdaş seçki dairəsindən namizədliyini irəli sürməsi barədə danışan Ş. Əsədli deyib ki, Azərbaycan vətəndaşlarının qanunvericilikdə nəzərdə tutulan aktiv və passiv seçki hüquqları var: "Aprelin 25-də İlqar Məmmədovun namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlər 90 saylı Ağdaş Dairə Seçki Komissiyasına təqdim edilib. DSK operativ qaydada bu sənədlərə baxıb, digər seçki subyektləri kimi ona da müvafiq kömək göstərilib".

Aprelin 28-də İlqar Məmmədovun deputatlığa namizədliyinin irəli sürülməsinin təsdiq olunduğunu deyən Ş. Əsədli onun nümayəndələrinə imza vərəqələri, müvafiq seçki sənədləri təqdim edildiyini bildirib: "Buna qədər İlqar Məmmədovun passiv seçki hüququ olub. Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində İlqar Məmmədov barəsində hökm qüvvəyə minib. Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinin tələbinə əsasən İlqar Məmmədov bununla da passiv seçki hüququnu itirib".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs