news Image
2016.05.05
16:59
| A A A
Azərbaycan əhalisinin 96.8 faizi prezident İlham Əliyevə etibar edir - SORĞU

Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasından sonra yüksəlib. məlumatına görə, ABŞ-ın nüfuzlu müstəqil qeyri-hökumət təşkilatı "Arthur J. Finkelstein & Associates" (AJF) tərəfindən keçirilən ictimai rəy sorğusunda 96 faizdən artıq respondent bildirib ki, "Azərbaycan Prezidentinə inam" artıb və respondentlər dövlət başçısının fəaliyyətini "əla", yaxud "yaxşı" qiymətləndiriblər.


Eyni sayda respondent ölkə rəhbərliyinin Azərbaycanı erməni təcavüzkarlarından qoruduğunu və Azərbaycanın hərbi cavabının səmərəliliyini "əla" və ya "yaxşı" qiymətləndirdiklərini bildirib.


"Arthur J. Finkelstein & Associates"in icraçı direktoru Corc Birnbaum bildirib ki, azərbaycanlılar Dağlıq Qarabağ və ətraf rayonların qaytarılması uğrunda mübarizədə öz prezidentlərini qətiyyətlə dəstəkləyirlər: "Bu, çox həssas məsələ olaraq qalır, Qərbdə bir çox müşahidəçilər və kütləvi informasiya vasitələri bunu başa düşmürlər. Azərbaycanlılar siyasi və iqtisadi sabitlik istəyirlər, onlar əmin-amanlıq, mühafizə altında olmaq istəyirlər və ən əsası odur ki, onlar ərazilərinin qaytarılmasını istəyirlər".


C.Birnbaum qeyd edib ki, regionda hərbi əməliyyatların bərpası nəticəsində Azərbaycan xalqı arasında vətənpərvərlik səviyyəsi kəskin artıb: "Ailələri qarşısında dayanan ən mühüm problemlə müqayisədə bu ölkə qarşısında duran ən mühüm məsələ hansıdır" sualına cavabında xalqın bir nömrəli cavabı belədir - Dağlıq Qarabağ".


Lakin maraqlıdır ki, Birləşmiş Millətlər Təşkilatının, Avropa İttifaqı Parlamentinin, ATƏT-in erməni silahlı bölmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına çağıran çoxsaylı qətnamələrinə və Avropa Şurası Parlament Assambleyasının bu yaxınlardakı qətnamələrinə baxmayaraq, azərbaycanlıların əksəriyyəti hesab edir ki, beynəlxalq birlik bu məsələdə Ermənistanı dəstəkləyir.


C.Birnbaum əlavə edib: "Aydındır ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Amma ATƏT-in Minsk qrupunun həmsədrlərinin artıq iki onillik ərzində heç bir irəliləyişə nail ola bilmədiklərini nəzərə alsaq, deyəsən, azərbaycanlılar beynəlxalq ictimaiyyətin bu böhranı həll etmək iradəsinə inamlarını itiriblər".


Hesabatda deyilir ki, uzun müddət yetişən hərbi əməliyyatlar bir ay əvvəl eskalasiyaya səbəb oldu, azərbaycanlıların bədbin proqnozlarına xidmət etdi: "Azərbaycanlıların 70 faizi bildirir ki, Ermənistanla tammiqyaslı müharibə yaxın beş il ərzində olacaq. Respondentlərin 97 faizi bildirib ki, ölkəni erməni işğalından qorumaq üçün bütün mümkün variantlardan, o cümlədən hərbi variantdan istifadə etməyə hazırdır".


Hesabatda qeyd olunur: "Respondentlərin dörddə biri hesab edir ki, davamlı sülh mümkün olacaq".


Sorğu 2016-ci il aprelin 23-29-da Azərbaycanda 1200 vətəndaş arasında keçirilib və yanlışlıq + / - 2,8% səviyyəsindədir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs