news Image
2016.05.05
17:06
| A A A
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın olub

Şirvanda yanacaqdoldurma məntəqəsinə basqın olub, məntəqənin operatoruna xəsarət yetirilib. APA-nın 

Mil-Muğan bürosunun məlumatına görə, iki naməlum şəxs mayın 4-dən 5-nə keçən gecə Hacıqabul-Bəhrəmtəpə magistralının üstündə, Şirvan şəhəri ərazisində yerləşən "Nur" yanacaqdoldurma Məntəqəsinə basqın edərək, məntəqənin əməkdaşı, Sabirabad rayonu Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Elvin Əzim oğluna ağır bədən xəsarətləri yetirib. Basqınçılar kassadan 453 manat götürərək qaçıblar. E. Əhmədov burun sümüyünün sınığı və digər xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib, ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb.Polis hadisəni tərədənlərin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirir. Faktla bağlı araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs