Əlaqə Arxiv
news Image
2016.05.05
19:00
| A A A
ABŞ Gürcüstana hərbi texnika göndərdi

Pentaqon "Yüksək səviyyədə əməkdaşlıq" birgə təlimlərində iştirak etmək üçün Gürcüstan ərazisinə "Abrams" və "Bradley" piyada döyüş maşınları göndərib.

AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər 11-26 may tarixlərində Vaziani hərbi bazasında keçiriləcək. Təlimlərə təxminən 1300 Gürcüstan, ABŞ və Böyük Britaniya hərbçinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "Yüksək səviyyədə əməkdaşlıq" təlimləri ikinci dəfə keçiriləcək. İlk təlimlər 2015-ci ilin mayında keçirilib.


Sizin Reklam Yeriniz