news Image
2016.05.05
19:30
| A A A
Türkiyənin yeni baş naziri mayın 22-də bilinəcək

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayının vaxtı açıqlanıb. Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün partiyanın sədri - baş nazir Əhməd Davudoğlunun başçılığı ilə İdarə Heyətinin toplantısı keçirilib.

35 dəqiqə davam edən iclasda İdarə Heyəti bu il mayın 22-də Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayının keçirilməsi haqda qərar qəbul edib.

Qeyd edək ki, qurultayda partiyanın lideri, baş nazir Əhməd Davudoğlunun istefaya gedəcəyi və yeni sədrin seçiləcəyi gözlənilir. AKP-nin yeni sədri həm də baş nazir postunu tutacaq.

Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanır.

Xatırladaq ki, fövqəladə qurultayın çağırılması mayın 4-də axşam prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun 100 dəqiqəlik görüşündə qərara alınıb


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs