news Image
2016.05.05
21:00
| A A A
Ermənistan hökuməti: “Biz Dağlıq Qarabağın müstəqilliyini dəstəkləmirik”

Ermənistan baş nazirinin mətbuat katibi Qoar Poqosyan özünün "Facebook" səhifəsində ölkə hökumətinin "DQR"in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini bəyənməsi barədə xəbərləri təkzib edib.

"Hökumətin yekun fikrində qeyd olunur ki, icra orqanı qanun layihəsinin qəbulunu Ermənistanla Dağlıq Qarabağ arasında hadisələrin sonrakı inkişafı, o cümlədən xarici amillər nəzərə alınmaqla müzakirələrin nəticəsi ilə şərtləndirəcək. Başqa sözlə, indiki mərhələdə hökumət DQR-in müstəqilliyinin tanınması barədə qanun layihəsini bəyənməyib", - deyə o bildirib.

"Qarabağ Respublikasının tanınması haqqında" qanun layihəsi müxalifətçi deputatlar Zarun Postancyan və Qrant Baqratyan tərəfindən hazırlanıb.

Daha öncə bildirilmişdi ki, Ermənistan hökuməti bu qanun layihəsini bəyənib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs