news Image
2016.05.06
06:00
| A A A
Rusiya Ermənistanı sülhə vadar edəcək?!
Natiq Miri: “Razılaşmanın sənəddə rəsimləşdirilməsi üçün ortada siyasi iradə olmalıdır” Elxan Şahinoğlu: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana mesaj göndərmiş oldu”

"Moskva, çətin olsa da, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli ideyasının sənədli rəsmiləşdirilməsini mümkün hesab edir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Nazirin sözlərinə görə, siyasi prosesin, siyasi nizamlanmanın alternativi yoxdur: "Tərəflərin müzakirə etdiyi məlum ideyalar var. Əminəm ki, çətin olsa da, bütün tərəflər üçün məqbul sayılacaq bu ideyaları sənədlərdə rəsmiləşdirmək olar". 

"Dağlıq Qarabağla bağlı yaxın vaxtlarda danışıqlar planlaşdırılırmı" sualına cavab verərək S.Lavrov qeyd edib ki, yaxın vaxtlarda ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağa dair görüş keçiriləcək: "Bəli, planlaşdırırıq, çünki məsələ xüsusi diqqət tələb edir. Tezliklə belə görüşü razılaşdıracağıq. Təbii ki, həmsədrlərin və tərəflərin iştirakı ilə. Axı bu iş kollektiv format tələb edir".

Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bildirdi ki, Segey Lavrov yeni nəsə kəşf etməyib: "Hansısa sülh sazişinin imzalanması üçün əvvəlcə sülh sazişinin fundamentində dayanan prinsiplər razılaşdırılmalı, qəbul ediməlidir. Ondan çıxış edərək konkret yol xəritəsi cızılmalı və nəhayət mərhələli həll planı vasitəsi ilə böyük sülh sazişi imzalanmalıdır. Siyasi həllin sənədlərdə rəsmiləşdirilməsi böyük sülh sazişinin təsbit olunmasını nəzərdə tutur. Ancaq buna qədər ən azından bu prinsipləri tərəflərə qəbul etdirmək lazımdır. Ermənistan isə prinsipləri qəbul etmir. Yaxud da sözdə qəbul edir, digər yandan cəbhədə hərbi təxribatlarla bunun qarşısını alır. 

Getdikcə status-kvonu uzatmaqda davam edir. Bu da birbaşa savaş tələb edir. Yəni, S. Lavrov yenilik etməyib. Razılaşmanın sənəddə rəsimləşdirilməsi üçün ortada siyasi iradə olmalıdır. Hansı ki, bu siyasi iradə işğalçı tərəfdə yoxdur. Heç vaxt da olmayacaq. Çünki, indiki vəziyyət Ermənistanı qane edir. Ermənistan anlayır ki, indiki şəraitdə separatçı Dağlıq Qarabağ rejimini dünyaya tanıtdıra bilməyəcək. Ona görə də status-kvonun dəyişməsində maraqlı deyil. Çünki, Azərbaycan torpaqlarını bütün mənalarda istismar edirlər. "Qara dəlik" olaraq həmin ərazilərdə çirkli işlər həyata keçirilir və milyonlarla vəsait qazanılır. Əgər həqiqətən problemin siyasi həll yolunu tapmasını istəyirlərsə, işğalçı tərəfə beynəlxalq hüquq çərçivəsində təzyiq etsinlər. Hansı ki, belə bir təzyiqi 24 ildir görmürük. Lavrovun son İrəvan səfərindən onu müşahidə etdik ki, Rusiya hələ də Ermənistana təzyiq etməyə hazırlaşmır. Həmsədr dövlətlər səviyyəsində təzyiqlər olmayacaqsa, Ermənistanı yola gətirməyin yeganə üsulu hərb dilidir.  Bu gün Azərbaycan Ordusu erməninin yuxusunu qarışdıracaq yeganə amildir. Ordu işə düşməyənə qədər Ermənistan heç bir danışığa gəlməyəcək".

"Atlas"Araşdırmalar Mərkəzinin sədri politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana mesaj göndərmiş oldu: "Ermənistana mesajı odur ki, nə badə parlamentdə Qarabağın müstəqilliyi müzakirəyə çıxarılsın. Ermənistan hakimiyyət də qorxusundan heç məsələni müzakirə etmədi. Lavrov deyir ki, sabiq prezident Dmitri Medvedyevin vasitəçiliyi ilə insidentlərin araşdırılması məsələsi razılaşdırılıb. Amma Azərbaycan xarici işlər naziri də yerində açıqlama verdi ki, insidentlərin araşdırılması yalnız torpaqlar işğaldan azal edildikdən sonra ola bilər. Çünki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərindən belə çıxır ki, Ermənistan Azərbaycanda nəyi mümkündürsə işğal edib, indi isə Azərbaycan atəşkəsə riayət etməli və nə badə güc yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına çalışmalıdır. Hansı dövlət buna razılaşar?

 Çeçen mücahidlər 1999-cu ildə Dağıstan tərəfə keçdikdə Rusiya Qrozni ilə Hasavyurd razılaşmasını ləğv edərək Çeçenistanın altını üstünə çevirdi və Moskva nə atəşkəs elan etdi, nə də ki, "insidentlərin araşdırılmasına" razılaşdı. Halbuki, bunu da özləri imzalamışdılar. Özünüzə rəva görmədiyinizi bizə niyə yükləyirsiniz? Doğru bildiyimiz yolla getməliyik. Ruksiya əvvəlcə Ermənistanı məcbut etsin, Qarabağ ətrafında rayonların boşaldılmasına nail olsun. Bundan sonra insidentlərin araşdırılmasına Azərbaycan razılaşa bilər".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs