Əlaqə Arxiv
news Image
2016.05.06
09:03
| A A A
Qafqazda “çirkli bomba” təhlükəsi
Sahib Alıyev: “Bunun mənbəsi birbaşa Ermənistana və ya erməni mafiyasına bağlıdır” Tafiq Abbaslı: “Ermənistan rəhbərliyinin yanaşmaları, bəyanatları ölkənin həqiqətən də risklər, təhdidlər ixrac edən dövlət olduğunu göstərir”

"Ermənistan "çirkli bomba" hazırlaya bilər. Ermənistandakı nüvə reaktoru bunun üçün potensial radioaktiv material mənbəyidir". Bu barədə ABŞ-ın məşhur media orqanı "Washington Times" nəşri yazır. Qeyd olunur ki, Cənubi Qafqazla bağlı böyük həyəcan keçirən Gürcüstan hakimiyyəti bir neçə Ermənistan vətəndaşının saxlanılması barədə məlumat yayıb, şikayətini dilə gətirib: "Bir neçə gün əvvəl Gürcüstanda 200 milyon dollar dəyərində nüvə materialları satmaq istəyən bir neçə erməni və Gürcüstan vətəndaşı saxlanılıb. Onların satmağa çalışdığı Uran-238 yüksək radioaktiv maddə öldürücü qurğuların hazırlanmasında istifadə olunur. "Çirkli bombalar" terrorizmlə mübarizədə bütün dünya üzrə birinci dərəcəli təhlükəli əhəmiyyətə malikdir. Ermənistanın da bu bombaları xüsusən Azərbaycanın işğal etdiyi ərazilərində hazırlaması barədə məlumatlar var. Hazırda, çox güman ki, həmin ərazilərdə Ermənistan qaçaqmalçılıqla məşğul olur – buraya nüvə materiallarından tutmuş, təhlükəli silah və narkotik maddələr də aiddir".

Millət vəkili Sahib Alıyev bildirdi ki, Ermənistankı atom elektrik stansiyası region üçün hər an təhlükə yaradır: "Bundan əlavə, artıq arcıdıl olaraq iki dəfədir Gürcüstanda erməni uran qaçaqmalçıları tutulur. Deməli, bunun mənbəsi birbaşa Ermənistana və ya erməni mafiyasına bağlıdır. Bu təhlükənin hədəfi ermənilərin açıqladığı kimi təkcə Azərbaycan yox, bütövlükdə dünyadır. Ona görə də heç olmasa, bu məsələdə böyük dövlətlər, dünya birliyi prisipial şəkildə iştirak etməlidirlər. 

ABŞ İraqda kütləvi qırğın silahlı olmaya-olmaya, bu adla İraqın altını üstünə çevirdi. İndi hətta ermənilər  özləri də  onlarda atom bombasının olduğunu deyirlərsə, bu məsələyə laqeyd yanaşılmamalıdır".

Digər siyasi şərhçi Tofiq Abbaslı bildirdi ki, Ermənistan rəhbərliyinin yanaşmaları, bəyanatları ölkənin həqiqətən də risklər, təhdidlər ixrac edən dövlət olduğunu göstərir: "Onların siyasi elitasını məsuliyyətə cəlb etmək lazımdır. Hətta Serj Sakisyan o dərəcə ağlını itirib, məsuliyyətsizliyə yol verir ki, atom silahının istifadə olunmasını gündəmə gətirir. Beynəlxalq birlik isə buna göz yuma bilməz. Çünki, Ermənistanda həqiqətən də atom reaktoru var. Sovet dövründə qalıb. Arxaik bir vəziyyətdədir. Lakin istənilən məqamda burada həmin nüvə texnologiyasını ciddi və təhlükəli istiqamətə yönəltmək olar. Yəni, primitiv də olsa, atom bombasını hazırlamaq mümkündür. 

O texnologiya Sovet dövründə həyati məqsədlər üçün orada qurulmuşdu. Ancaq bu gün həmin reaktorlar təkcə bölgənin yox, qlobal nizamın probleminə çevrilib. Çünki, Ermənistan təhlükəli siyasi xətt tutub. Hazırda isə çətin vəziyyətə düşdüyündən son xilası kimi belə bir elementə əl atıb. Buna göz yummaq olmaz. Rəsmi Bakı da yerində dayanmır. Diplomatik yollarla lazımi işlər görülür. Beynəlxalq qüvvələr də bu işə cəlb olunmalıdır. Söhbət Qarabağ probleminin həllindən gedirsə, ortada sülh planı var. Ermənistan nə qədər cəhd etsə də, danışıqlara gəlməlidir. Danışıqlardan yayınmaq, atom silahı, ordusu ilə kimlərisə hədələmək perspektivsiz düşüncələrdir. Bu haqda rusiya xarici işlər naziri Sergey Lavrov da açıq şəkildə bildirdi ki, parlamentdə qondarma Dağlıq Qarabağın tanınması ilə bağlı müzakirələr yersizdir. Yada saldı ki, Ermənistanın danışıqlar prosesində qalacağı barədə həmkarı Edvard Nalbadyan şəxsən ona söz verib. Lavrov Ermənistan rəhbərliyini xəbərdar etdi. Həm də yəqin ki, "Metsamor" atom elektrik stansiyası ilə bağlı söhbətlər olub. Yəni, Ermənistana lazımi xəbərdarlıqlar ediblər. 

Bu, artıq tək Azərbaycanın yox, həm də bölgənin problemidir. Bütövlükdə bunu beynəxalq problem də hesab etmək olar. Lazım gələrsə, Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Ən azından ona görə ki, Çernobılda baş verən hadisə burada baş verməsin. Digər tərəfdən Ermənistan başını itirib, AES-in təyinatını dəyişməsin".


Sizin Reklam Yeriniz