Əlaqə Arxiv
news Image
2016.05.06
15:22
| A A A
Respublikaçı oliqarx erməni siyasətçilərdən daha ayıq düşünür

Bu günlərdə Ermənistana qayıtmış sahibkar, Ermənistan Respublikaçılar Partiyası şurasının üzvü, EMM-in keçmiş deputatı Tiqran Arzakanyans "Qraparak" qəzetinə müsahibəsində partiyadaşı Ermine Naqdalyanın ərazilərin qaytarılması barədə bəyanatını şərh edərək deyib: "Qurbansız sülh olmur"."Ermine Naqdalyanın öz fikri var, ancaq o təkcə öz adından danışmır, o komandanın üzvüdür" –deyə keçmiş deputat bildirib. "O, qurbanlar deyərkən nəyi nəzərdə tuturdu?" sualına Arzakanyans belə cavab verib: "Hər iki tərəf nə isə itirməlidir. Başa düşülməlidir  ki, sülh sazişi imzalanmaqla Qarabağ camaatı və erməni xalqı sakit yaşayacaq. Azərbaycanlılar öz ulu babalarının qəbirlərini ziyarət etməyə, eyni zamanda ermənilər Bakıya və digər şəhərlərə vəfat etmiş qohumlarının qəbri üstünə gedə biləcəklər. Nə qədər qan axıdılıb. Qanı unutmaq çətindir, amma elə etmək lazımdır ki, irəliləmək imkanı yaransın, müqavilə imzalansın, sərhədlər açılsın, blokadaya son qoyulsun". Bu da respublikaçı oliqarxın ERP-nin əksər üzvlərinin fikrindən daha əla səslənən rəyi. 


Sizin Reklam Yeriniz