news Image
2016.05.07
09:00
| A A A
Dünya Ermənistandan üz döndərir
Azər Həsrət: “Bütün bunlar o deməkdir ki, dünya ictimaiyyəti birmənalı şəkildə Ermənistana artıq birtərəfli təbliğat yönümlü addımlardan əl çəkməyin vaxtı yetişdiyinə, problemin həllini qovuşmasına dair mesajlar verir”

Aparıcı dünya ölkələri, o cümlədən ABŞ və Rusiya Serj Sarkisyan hakimiyyətinin Dağlıq Qarabağdakı separatçı rejimi tanımaq niyyətinə sərt reaksiya veriblər. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağdakı qondarma qurumu "tanımaqdan söhbət belə gedə bilməz", deyə fikir bildirib. Anoloji fikri bir qədər sonra ABŞ Dövlət Departamenti də səsləndirib.  

Qeyd edək ki, aprelin əvvəlində Azərbaycan əsgərləri tərəfindən aldıqları güclü zərbədən hələ də özlərinə gələ bilməyən Ermənistan bu arada Dağlıq Qarabağdakı separatçı rejimi tanıya biləcəklərini də bəyan edib. Aydın məsələdir ki, bu avantüraya getməklə Sarkisyan rejimi onsuz da nəticəsi olmayan danışıqlar prosesini artıq əhəmiyyətsiz bir hala salmağa çalışır. Görünür, məhz bu amil dünya güclərini narahat etdiyindən, onlar İrəvanın qondarma rejimi tanımaq istəklərinə sərt şəkildə narazılıqlarını bildiriblər. Belə başa düşmək olar ki, artıq Ermənistan son məğlubiyyətin dağıdıcı təsirindən çıxa bilmədiyindən sözügedən məsələdə atmaq niyyətində olduğu addımla ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrlə də münasibətlərinin korlanmasına rəvac verib. 

Siyasi şərhçi Azər Həsrətin fikrincə, İrəvanın qondarma qurumu tanımaq cəhdinə dünyadan gələn sərt reaksiyalar Ermənistanın aparıcı ölkələrdə olan dayaqlarının da itirilməsi anlamına gəlir: "Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov açıq mətnlə bəyan etdi ki,  Dağlıq Qarabağın tanınmasından söhbət gedə bilməz. Azərbaycanla Ermənistan bu məsələdə öz aralarında qarşılıqlı razılaşmaya gəlməlidir. Ermənistanın özbaşına olaraq Qarabağı müstəqil qurum kimi tanımasını Rusiya qəbul etməyəcək. Bunun ardınca ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mark Toner də eyni mövqeyi ifadə edərək bildirdi ki, Vaşinqton Dağlıq Qarabağ adında bir dövlət tanımır. Bu məsələnin həllində Bakı ilə İrəvanın ortaq məxrəcə gəlməsi vacibdir. 

Bütün bunlar o deməkdir ki, dünya ictimaiyyəti birmənalı şəkildə Ermənistana artıq birtərəfli təbliğat yönümlü addımlardan əl çəkməyin vaxtı olduğuna, problemin həllini qovuşmasına dair mesajlar verir. Fikrimcə, əslində, Ermənistan hökuməti də bunu başa düşür və Dağlıq Qarabağdakı qondarma rejimi tanımaqla bağlı bəyanatlarında da ciddi deyil. Çünki Ermənistan bilir ki, belə bir addıma yol versə, Azərbaycanın əlinə güclü ordusundan  istifadə edərək torpaqlarımızı işğaldan azad etmək üçün daha bir şans verəcək.  Ermənistan bu avantüraya ona görə gedir ki,  daxili içtimai rəyi aldatsın. Hazırda Ermənistanda daxili ictimai rəy Sarkisyan hakimiyyəti əleyhinə yönəlib. Bunu bilən Sarkisyan da Dağlıq Qarabağdakı uğursuzluqlarından yayındırmaq üçün vəziyyətdən çıxış yolunu ictimai rəyi bu məsələyə yönəltməkdə görür.  Təbii ki, ciddi bir sonuc əldə edə bilməyəcəklər və Ermənistanın qondarma rejimi tanımağa cürət edəcəyi belə əvvəlcədən də şübhəlidir".

Amma həmsöhbətimiz dünya güclərinin Ermənistanın qondarma qurumu tanımaq niyyətinə sərt reaksiya verməsinə baxmayaraq, İrəvanın məhz bunu əsas götürməklə danışıqlarda irəliyə doğru addım atacağına da inanmır: "Azərbaycan güc göstərmədikcə, real hərbi əməliyyatlara keçmədikcə. Ermənistanın geri addım atacağını düşünmürəm. Əlbəttə ki, indiki şəraitdə biz üstün mövqedəyik və Ermənistan müəyyən güzəştlərə hazır olduğunu sezdirir.  Amma ümumi olaraq problemin bütövlükdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün daha genişmiqyaslı hərbi əməliyyatlar keçirməyimizə ehtiyac olacaq. Çünki Ermənistan elə bir dövlətdir ki, onlar  yalnız kötəkdən anlarlar. Yəni, danışıqlar, sülh prosesi onlara yaddır. Bu millət yalnız başına vurulan dəyənəkdən sonra konfliktin həlli istiqamətində real addım atmağa qadir olacaq".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs