Əlaqə Arxiv
news Image
2016.05.07
10:00
| A A A
Erməniləri niyə heç kim sevmir?

Əsrimizin əvvəlində ermənilərin ekranlaşdırdığı "Ararat" adlı filmdə iştirak edən Fransanın tanınmış erməni əsilli müğənnisi Şarl Aznavur çəkildiyi filmin süjetinə rəğmən belə bir sual verir: "Nə üçün bizi heç kim sevmir?"

Gec də olsa, haqlı sualdır. Çoxdan verilməli idi bu sual. Ancaq sualın intonasiyasında məlum olmayan bir məqam var. Erməni sənətçi bu sualı kimə ünvanlayır: fəlsəfi məzmunda özünə, qınaq tonunda mənsub olduğu xalqa, yaxud onları kənardan müşahidə edib sevməyən digər millətlərin nümayəndələrinə?! 

 Müsyö Aznavurun sualına kimsə tərəfindən cavab verilib-verilmədiyi haqda məlumatım yoxdur. Amma az-çox erməniləri tanıdığımıza və onların öz əməllərinə görə dünyada yaxşı tanındıqlarına görə əminəm ki, bu sualın cavabı hamı tərəfindən eyni məzmunda veriləcəkdir: nə qədər ki, nə qədər ki, həyatda hər şey gözünüzə erməni siluetində görsənir, nə qədər ki, kimlərinsə ətəyindən yapışıb, ətrafınızdakılara təpik atırsınız, sizi heç kim sevməyəcək. 

"Əvvəlki dövr"- bu, Şarl Aznavurun "Xatirələrim" seriyasından 2003–cü ildə fransız dilində dərc etdiyi kitabının adıdır. İlk baxışda kitabda başqalarının memuarlarından fərqlənməyən adi ömür əhvalatları toplanıb. Əslində bu, erməni xarakterinin astarından bixəbər oxucuya adi görünə bilər və məşhurluğuna rəğmən müsyö Aznavurun "əzabkeş" xalqın nümayəndəsi kimi "keşməkeşli" ömrünə və "arzularına" mərhəmət oyada bilər. Bizlərdə isə... həqiqəti bildiyimizdən bu cür ah-nalə istehza və ikrah doğurur.

350 səhifəlik kitabın məziyyətləri barədə danışmaq və onu təhlil, yaxud təftiş etmək arzusunda deyiləm. Amma məhz Ş. Aznavurun "Bizi nə üçün heç kim sevmir" sualına rəğmən kitabda verilmiş saxta fikirlərdən bir-ikisinə toxunmaq istəyirəm. 

Kitabın ilk səhifələrindən həyatının məşəqqətli keçməsindən, ermənilərin "genosid"indən, bəzi ölkələrin, o cümlədən Fransa parlamentinin bu "genosidi" tanıdığından məmnun qaldığını bildirən sənətçi oxucunun qəlbinə yol tapmaq üçün anasının türk (əslində, türkiyəli erməni) olduğunu və erməni ailələrində uşaqların türklərə qarşı nifrət ruhunda tərbiyə olunmamalarını (?- müəl.) dilə gətirsə də, 12– ci səhifədə yazır: "Türkiyə genosidi təsdiq etməsə, o, axsaq olacaqdır".  Nə üçün? Axı, neçə - neçə ölkə parlamenti sizin ah – nalənizdən zara gələrək "erməni genosidi"ni "təsdiq" edib! Daha nə istəyirsiniz?! Buyurun, nə qədər istəyirsiniz ağlayın, şivən qoparın, "yubiley" keçirin, memorial tikin, dünyanın gözünə kül üfürün! Amma, yox, məqsəd,  olmayan bir şey üçün göz yaşı axıtmaq deyil. Məqsəd mövcud olan bir şey üçün əldən–ayaqdan getməkdir. Mövcud olan isə Türk torpaqları və Türkiyənin var–dövlətidir. Bunları əldə etmək üçünsə, məhz, Türkiyə saxta erməni iddiasını təsdiq etməlidir. Anlaşılmaz məntiqdir. 

Oxuduğu mahnılarda bəşəri ideyaları təbliğ edən müəllif  59–cu səhifədə, "Ah, ermənilər işbazlıqda güclüdürlər",  "Bir erməni ilə döyüşmək üçün iki yəhudi gərəkdir" kimi fikirlərilə dar ermənibazlıq düşüncələrini gizlədə bilmir. İki yəhudi ilə döyüşmək bacarığına gəldikdə isə... 1918–ci ildə erməniləri Bakıda döyüşə hazırlayan ingilis missiyasının üzvü olmuş general Densvilin 1926 – cı ildə qələmə aldığı sənədli povestdə bu döyüşkənlik haqda aydın yazılıb: "Toplardan açılan bir – iki atəşdən sonra cəbhədə olan 400 nəfər erməni əsgərindən əsər - əlamət qalmadı".

Kitabın 160–cı və 161–ci səhifələrinin arasında müəllif ailəsinin və dostlarının müxtəlif tərkibdə şəkillərini yerləşdirib. Və bunların arasında hər bir azərbaycanlının diqqətini cəlb edəcək bir fotoşəkil də var. Şəklin altında Ş. Aznavur belə yazıb: "Atam Mişa və onun atası Missak Aznavuryan, güman edirəm ki, Gürcüstanda". Amma şəkil bizə başqa fakt göstərir.  Mətndən aydın olur ki, foto XX əsrin əvvəllərində çəkilmişdir. Klassik fotolarda olduğu kimi bu şəklin də lap aşağısında fotoqrafa və onun atelyesinə aid məlumatlar vardır. Solda onun möhürü, ortada " M.C. Şitovc" yazılmaqla adı və nəhayət, sağda tam aydınlıqla seçilən "Baku" sözü ilə yerləşdiyi şəhər göstərilmişdir. Demək, şəkil Bakıda fotoqraf Şitov tərəfindən çəkilmişdir. Bəs bütün dünyanı gəzib dolaşan, kitabında Qarabağdan söhbət açan məşhur sənətçi bəyəm Bakı haqda eşitməyib, ya bunu qəsdən gizlətməyə çalışıb?! Təbii ki, ikinci versiya həqiqətə daha uyğundur. Niyə?

Ş. Aznavur xatirələrində atasının Axalkalakidə (Gürcüstan) doğulduğunu qeyd edir, amma bunun üçün heç bir sənəd təqdim etmir. Lakin  çox güman ki, Şarl Aznavurun atası Bakı ermənisi olmuşdur. Bəs, onda müğənninin atası nə üçün özünü Türkiyə sərhədlərinə yaxin zonanin sakini kimi təqdim etmişdir? Bu fakt klassik erməni bicliyinin bariz nümunəsidir. Keçən əsrin əvvəllərində Bakıda, Şirvanda, Qubada və Qarabağda on minlərlə günahsız azərbaycanlını qətlə yetirən ermənilər yaxşı həyat ardınca Avropaya axışıb sığınacaq almaq üçün nə kimi fakt göstərə bilərdilər?  "Mən burada qalıb, sizin kimi yaxşı yaşamaq istəyirəm" deyənə sığınacaq vermirlər axı. Elə buna görə də Şarlın atası Mişa özünü Türkiyənin qonşuluğunda olan Axalkalakinin sakini kimi qələmə verib ki, ailəsinin türklər tərəfindən zülmə məruz qalması barədə uydurmalarına avropalıları inandıra bilsin. 

Ancaq gərək tarixə həqiqətin gözü ilə baxasan, ermənilərin keçən əsrin sonunda Qarabağda törətdikləri vəhşilikləri, Xocalı soyqırımını, habelə vaxtilə qonaq kimi gəldikləri torpağı özlərininki saymaları və yeni iddiaları barədə faktları araşdırasan. Üstəlik, yazdığın kitablarda faktları saxtalaşdırmayasan! 



Sizin Reklam Yeriniz