Əlaqə Arxiv
news Image
2016.05.10
16:30
| A A A
Həsən Ruhani: İran ABŞ-ı Beynəlxalq Cinayət Məhkəməsinə verəcək

Tehran İrana məxsus 2 milyard dollar dondurulmuş vəsaitin ABŞ tərəfindən istifadəsi ilə bağlı iddia ərizəsini Beynəlxalq Cinayət Məhkəməsinə göndərməyə hazırlaşır. Movqe.az trend-ə istinadən verdiyi məlumata görə, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.


Dövlət başçısı deyib ki, iddia ərizəsi bu yaxınlarda məhkəməyə göndəriləcək: "ABŞ-a bu vəsaiti mənimsəməyə imkan verməyəcəyik".


Daha əvvəl ABŞ Mərkəzi Bankı İrana dondurulmuş aktivlərini qaytarmaqdan imtina edib. Bankın fikrincə, bu vəsaitlər 1983-cü ildə Beyrutda törədilmiş partlayışlar və digər terror aktlarından zərər çəkmiş amerikalı ailələrin hesabına köçürülməlidir.


Xatırladaq ki, ABŞ-ın mindən çox vətəndaşı rəsmi Tehrandan 1983-cü ildə Beyrutda törədilmiş terror aktlarında İranı günahkar hesab edərək kompensasiya tələb ediblər.

Sizin Reklam Yeriniz