news Image
2016.05.10
17:27
| A A A
ATƏT PA-nın xüsusi nümayəndəsi Bakıya gəlir

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu ayın sonu Azərbaycana səfərə gələcək.


Movqe.az xəbər verir ki, bu barədə trend-ə Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.


B.Muradova deyib ki, səfər çərçivəsində bir sıra məsələlər üzrə müzakirələr aparılacaq: "Qarşıda ATƏT PA-nın yay sessiyası gəlir. Səfər zamanı, həmçinin yay sessiyasında müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparılacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs