Əlaqə Arxiv
news Image
2016.05.10
18:00
| A A A
Barak Obama Hirosimaya gedəcək

ABŞ Prezidenti Barak Obama Yaponiyanın Hirosima şəhərinə tarixi səfər edəcək. Movqe.az trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumat yayıb.


Daha əvvəlki məlumatlara əsasən, B.Obama Hirosimaya mayın axırlarında səfər edəcək.


Qeyd edək ki, aprel ayında ABŞ-ın dövlət katibi Con Kerri Yaponiyada Hirosima Sülh Parkına baş çəkib. C.Kerri bu parka səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi olub.


Xatırladaq ki, Hirosima 1945-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin atom bombası atdığı iki Yaponiya şəhərindən biridir.

Sizin Reklam Yeriniz