news Image
2016.05.11
13:45
| A A A
Prezident İlham Əliyev Niderlandın iqtisadi işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Niderland Krallığının iqtisadi işlər naziri Henk Kampın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Niderland Krallığının iqtisadi işlər naziri Henk Kamp ölkəmizdə və paytaxtımızda aparılan quruculuq işlərinin, tarixi memarlıq nümunələri ilə vəhdət təşkil edən müasir binaların onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd etdi. Henk Kamp ölkələrimiz arasındakı əlaqələrin səviyyəsinin razılıq doğurduğunu bildirdi. O, Azərbaycanda Niderland şirkətləri üçün yaradılan şəraiti yüksək qiymətləndirdi.


Dövlətimizin başçısı Azərbaycan ilə Niderland arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, ölkəmizdə xarici şirkətlərin, o cümlədən Niderland şirkətlərinin səmərəli fəaliyyət göstərməsi üçün bütün şəraitin yaradıldığını bildirdi. Paytaxtımızda nadir memarlıq abidələrinin qorunduğunu vurğulayan Prezident İlham Əliyev Füzuli küçəsindəki tarixi binanın yerinin Niderland şirkəti tərəfindən dəyişdirildiyini qeyd etdi.


Görüşdə kənd təsərrüfatı, ekologiya, alternativ enerji sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs