news Image
2016.05.12
07:06
| A A A
Azərbaycan daha bir hərbi uğura imza atır
Tərlan Eyvazov: “Əgər biz PUA-nın hansısa növünü istehsal ediriksə, deməli, başqalarını hazırlamaq üçün də imkanımız, mütəxəssislərimiz var” Üzeyir Cəfərov: “Bütün bunlar Silahlı Qüvvələrimizin daha da güclənməsinə gətirib çıxaracaq”

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) 2016-cı ildə yeni nəsil pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq. Bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib. Y. Camalov bununla bağlı dövlət başçısının tapşırıq verdiyini qeyd edib: "Bu uçuş aparatları kəşfiyyatla yanaşı digər funksiyaları da həyata keçirəcək, aşkarladığı hədəfləri məhv edə biləcək. Yeni PUA üzərində işlər 2016-cı ilin sonlarında başa çatdırılacaq və istehsalına başlanacaq".

Nazir bundan əlavə, uzaq mənzilli raketlərin istehsalı istiqamətində müvafiq qurumlarla danışıqlar aparıldığını və yaxın zamanlarda bu məhsulların istehsalına başlanacağını bildirib. Ekspertlər sözügedən yeni silah-sursatın ölkəmiz üçün həm iqtisadi, həm də hərbi dividendlər gətirəcəyini düşünürlər.

Hərbçi-ekspert Tərlan Eyvazov bildirir ki, bunların Ordumuza üstünlük vəd etməsi amili ilə yanaşı, məsələnin maliyyə tərəfi də var: "Bildiyimiz kimi, neftin qiymətinin aşağı düşməsi fonunda dünyada olduğu kimi bizdə də müəyyən iqtisadi problemlər yaşanır. Ona görə Prezidentin göstərişi ilə əksər sahələrdə islahatlar aparılır ki, ölkədən dollar çıxarılışının qarşı müəyyən qədər məhdudlaşdırılsın. Bundan istifadə edərək müdafiə sənayesi nazirliyinin bu addımını müsbət dəyərləndirmək olar. Ümumiyyətlə, PUA-ların bir neçə növü var. Hazırda dünyada əsasən kiçik PUA-lara ehtiyac var ki, bu işdə də İsrail ön sıradadır. Amma onlardan kəşfiyyat xarakterlisinin müəyyən qismini Azərbaycan özü hazırlayır. Müəyyən növlərini isə xaricdən almalı oluruq. Onların da qiyməti çox bahadır. Əgər biz PUA-nın hansısa növünü istehsal ediriksə, deməli, başqalarını hazırlamaq üçün də imkanımız, mütəxəssislərimiz var".

Ekspert əlavə etdi ki, Azərbaycanda kiçikçaplı silahlar istehsal olunur: "Uzunmənzilli raketləri isə xaricdən alamq məcburiyyətindəyik. Ancaq belə raketlərin ölkəmizdə istehsalının həm də iqtisadi dividendləri olacaq. Bu, valyutanın daxildə qalması və iş yerlərinin açılması deməkdir. İlk olarq daxili bazar üçün istehsal edə bilərik. Növbəti mərhələdə isə ixrac üçün də nəzərdə tutula bilər".

Digər mütəxəssis Üzeyir Cəfərov bildirdi ki, bu işə müdafiə sənayesi nazirliyi tərəfindən çoxdan başlanılıb: "Yaxın zamanlarda ordumuz onun bəhrəsini görəcək. İndiyə qədər PUA ilə bağlı onsuz da xeyli uğur əldə etmişik. Ancaq Azərbaycan yeni dönəmə keçir. Yəni, daha modern tələblərə cavab verən avandanlıqlar olacaq. Bütün bunlar Silahlı Qüvvələrimizin daha da güclənməsinə gətirib çıxaracaq. Real döyüş əməliyyatları aparılanda canlı qüvvənin itkisinin azalmasına səbəb olacaq.

Aprel əməliyyatıları zamanı düşmənin bəzi hədəfini zərərsizləşdirmək istiqamətində həmin PUA-ların oxşar modelindən istifadə etdik. İndi isə həmin PUA-lara hədəfi özü müəyyən etmək və özü sərbəst şəkildə zərərsizləşdirmək imkanları veriləcək. Bu aparatların növbəti əməliyyatlarda istifadə eidlməsi çox lazımlı iş olacaq. Nəzərə alaq ki, 21-ci əsr texnologiyalar əsridir. Bu əsrdə belə silahların istifadəsinə daha çox önəm verilir. Bahalı olsa da, şəxsi heyətin canı qorunmuş olur. Heç bir halda insan həyatını hansısa məbləğdə pul ilə ölçmək olmaz. Bəlkə də həmin PUA-lar 1000 əsgərin işini görə biləcəklər.

Bütövlükdə hər iki layihə ciddi nəticələr verə biləcək. Artıq onun reallaşdırılmasına başlanılıb. İndiki halda onun təkmilləşdirilməsi həyata keçirilir. Bu da Azərbaycanın bundan sonra döyüş təminatını həyata keçirmək üçün lazım olacaq. O baxımdan nazirliyin işini uğur hesab etmək olar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs