news Image
2016.05.12
12:00
| A A A
Həmsədrlər: Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsinin vaxtı çatıb

"Bizim xarici işlər nazirləri gələn həftə Vyanada bu görüşə təkan verməyə hazırdırlar"

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli istiqamətində vasitəçilik səylərinə sadiqdirlər".

 

Movqe.az-ın xəbərinə görə, bu baradə ATƏT-in Minsk Qrupunun həmsədrləri - amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun birgə bəyanatında deyilir. "Baş verən son zorakılıqla əlaqədar təmas xəttində gərginliyin azaldılması zərurətindən çıxış edərək inanırıq ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşməsinin vaxtı yetirişib. Bizim xarici işlər nazirləri gələn həftə Vyanada bu görüşə təkan verməyə hazırdırlar. Onların əsas məqsədləri atəşkəs rejiminin qorunması və baza elementləri və prinsipləri əsasında danışıqların yenilənməsi üçün münbit şərait yaradacaq etimad quruculuğu tədbirlərinə nail olmaqdır", - deyə bəyanata vurğulanır.

 

Bəyanatın sonunda bildirilir ki, zorakılıq davam etdiyi müddətdə uğur əldə edilə bilməz və danışıqlar prosesi olmadan sülhə nail olmaq mümkün  deyil: "Biz yenidən təkrarlayırıq ki, münaqişənin hərbi yolla həlli mümkün deyil". /apa/


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs