news Image
2016.05.13
09:00
| A A A
Düşmən ölkədə yeni narazılıq dalğası
Hatəm Cabbarlı: “Aprel döyüşləri onların heç də vəiyyətin inandıqları kimi olmadığını göstərdi” Vüqar Zifəroğlu: “Ermənistan daxilində gözlənilməz siyasi proseslərin şahidi ola bilərik”

Azərbaycanla cəbhə xəttindəki gərginlik Ermənistannı daxilinə də sirayət edib. Erməni ictimaiyyətində Qarabağ ətrafında yaranan durumla bağlı narazılıq artır. Düşmən ölkədə sadə əhali hesab edir ki, erməni iqtidarı problemin həllində müəyyən addımlar atmalıdır.

Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlı bildirir ki, son hadisələr fonunda Ermənistan iqtidarının cəmiyyətdə yaratmaq istədiyi "qalib", sosial problemləri örtmək təbliğatları qırıldı: "Erməni ictimaiyyəti gördü ki, iqtidar nə Dağlıq Qarabağdakı, nə də sosial problemləri ciddi şəkildə həll etməyib. Bu, iqtidar-müxalif partiyalar arasında da ciddi gərginliyə səbəb oldu. Amma Ermənistan daxilində əsas problem müxalitələ iqtidar arasındakı qarşıdurma deyil. Ən ciddi məsələ iqtidar daxilində parçalanmanın yaşanmasıdır.

Aprel döyüşləri onların heç də vəiyyətin inandıqları kimi olmadığını göstərdi. Elə Ermənistan Respublika Partiyası ilə Serj Sarksiyan arasında da ciddi problemlər yaşanır. Sarkisyan Ermənistan Respublika Partiyasının son iclasında çıxış etdikdən sonra partiyanın mətbuat katibi Sarkisyanın dünya ictimaiyyətinə 3 şərt irəli sürdüyünü bəyan etdi. Əslində isə bəyanatı ya prezidentin mətbuat xidməti, ya Xarici Işlər Nazirliyi, ya da atəşkəs rejimində Müdafiə Nazirliyinin mətbuat xidməti bildirməlidir. Ancaq bəyanatın partiyanın mətbuat xidməti tərəfindən verilməsi onu göstərir ki, hökumətlə Sarksiyan arasında ciddi problemlər var".

Politoloq əlavə etdi ki, Ermənistan hakimiyyətinin son 25 ildə ən böyük problemi ictimaiyyətə Azərbaycana güzəştə gedə bilmək barədəsində informasiya verməməsidir: "Əksinə, Ermənistan hakimiyyəti özünü ictimaiyyət qarşısında qalib kimi göstərməyə çalışıb. Problemin həll edilməsi istiqamətində konstruktiv mövqe nümayiş etdirməyib. Aprel döyüşlərindən sonra isə ictimaiyyət siyasi və təhlükəsizlik reallığını gördü və indi Ermənistan iqtidarı ictimaiyyətə və siyasi partiyalara "bəli, biz güzəştə gedə bilərik" fikrini qəbul etdirə bilmir. Hətta bir neç il əvvəl Sarksiyan özü etiraf etmişdi ki, biz Dağlıq Qarabağ ətrafında bölgələri təhlükəsizlik zonası üçün işğal etmişdik. Yəni, onlar üçün həmin ərazilərin siyasi, coğrfi əhəmiyyətinin olmadığını bildirmişdi. Amma buna baxmayaraq, indi güzəştə getmək Ermənistan iqtidarına çətin olacaq. İlk növbədə Ermənistan siyasi partiyalarını razı salmaq üçün təbliğat başlanılmalıdır. Bunun siyasi məcburiyyət olduğunu uyğun bir şəkildə ifadə etməlidirlər ki, ən azından müxalif qüvvələrin bəzilərindən və ictimai rəydən dəstək ala bilsinlər. Bunu bacarmadığı təqdirdə, Sarksiyan iqtidarının ciddi güzəştə getmə ehtimalı olduqca zəifdir".

Digər siyasi şərhçi Vüqar Zifəroğlu hesab edir ki, aprel döyüşlərindən sonra dəyişikliklərin olması labüddür: "Artıq münaqişə dondurulmuş statusda deyil. Buna görə də onun həlli istiqamətində konkret addımlar atılmalıdır. Ancaq Ermənistan iqtidarı tərəfindən hansısa konstruktiv addım gözləmək inandırıcı görünmür. Ermənistanın mövcud iqtidarı məhz Qarabağ "kartı" üzərində hakimiyətə gəlmiş komandadır.

Ermənistanın daxilində müəyyən aksiyalar keçirilə bilər. Ancaq Ermənistan cəmiyyəti Qarabağ probleminin konstruktiv həlli deyəndə nəyi nəzərdə tutur? Bu anlamda Ermənistanla bağlı konkret mövqe bildirmək çətindir. Məsələnin digər tərəfi isə Rusiya faktorudur. Ermənistanın heç başqa ölkədən silah almaq hüququ yoxdur. Rusiya bunu da ona qadağan edib. Yəni, bu ölkənin müstəqil daxili və ya xarici siyasəti yoxdur. Rusiyanın proqramına uyğun addımlar atır. Bu mənada müstəqil şəkildə addım atmayacaq. Yəni, Ermənistanın atacağı addımlar Rusiyanın maraqlarından asılıdır. Ancaq son hadisələrdən sonra Ermənistanda Rusiyaya qarşı dirəniş başlayıb. Onlar başa düşüblər ki, Qarabağın "dərdini" çəkə-çəkə bütün Ermənistanı uduzublar. Bu mənada Ermənistan daxilində gözlənilməz siyasi proseslərin şahidi ola bilərik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs